"Qarabağ" kubokuna və qızıl medallarına qovuşdu (FOTOLAR)
Paylaş:
Dünən Azərbaycan Premyer Liqasının XXXV turunda "İnter" "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.
Qarşılaşmadan sonra mükafatlandırma mərasimi olub. Ötən tur çempionluğu təmin edən "Qarabağ"a qızıl, ikinci yeri tutan "İnter"ə isə gümüş medallar təqdim olunub.
Öncə "bankirlər" "gümüş"ə qovuşub. Meydan sahiblərinə AFFA-nın baş katibi Elxan Məmmədov təqdim edib.
Daha sonra isə "Qarabağ" qızıl medallar və kubok almaq üçün fəxri kürsüyə qalxıb. "Atlılar" medallarını Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdən alıblar.
Sonda isə PFL rəhbəri Çempionluq Kubokunu kapitan Rəşad Sadıqova təqdim edib.
Qeyd: fotolar pfl.az saytına məxsusdur
| Paylaş: