')

Bu gün:


FutbolPress.Az | Ramin Musayev:  "Yaxşı sponsor tapsaz, gətirin, çempionatda 12 komanda olsun"

Ramin Musayev: "Yaxşı sponsor tapsaz, gətirin, çempionatda 12 komanda olsun"


oxunma sayı: 328 Paylaş:

FutbolPress"Öncə vasitənizlə çempion olan "Qarabağ"ı və ikinci yerin sahibi "İnter"i təbrik edirəm. Hələlik üçüncü yerin sahibi bilinmir. Üç komanda avrokuboklara vəsiqə qazandı".

Bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün Azərbaycan Premyer Liqasının XXXV turunun "İnter" - "Qarabağ" matçından (2:1) sonra jurnalistlərə açıqlamasında dedi. 

Ramin Musayev çempionatda hər komandanın layiq olduğu yeri tutduğunu bildirdi:

"Çempionatın necə keçməsinə və ədalətli olub-olmamağına bizdən çox siz qiymət vermisiniz. Bu haqda mən nəsə danışsam, yersiz olar. İnşallah ötən il olduğu kimi bu ildə avrokuboklarda çempionatın ədalətli keçdiyi sübut olunar. Düşünürəm ki, bu il hər kəs layiq olduğu yeri tutdu". 

Qurum rəsmisi növbəti mövsüm Premyer Liqanın daha da maraqlı keçəcəyini açıqladı: 

"Növbəti mövsüm çempionat builkindən maraqlı olacaq. Məlumatım var ki, bunu sizə deyirəm".

PFL rəhbəri gələn mövsüm çempionatda ən azı 10 komandanın mübarizə aparacağını bildirdi: 

"Növbəti mövsüm çempionatda ən azı 10 komanda olacaq. 12 komanda da ola bilər. Amma bu haqda heç nə deyə bilmərəm. Yaxşı sponsor tapsaz, gətirin, çempionatda 12 komanda olsun".


oxunma sayı: 328 | Paylaş:




?>