"Hafka" ölkədən qaçdı: həbs-qətimkan tədbiri seçilib
Paylaş:
Beynəlxalq Bankdan böyük məbləğdə kredit götürən və qaytarmayan iş adamları ilə bağlı istintaq-əməliyyat tədbirləri davam edir.
"Cahangir Hacıyev işi" adlanan cinayət prosesinin istintaqına bir neçə oliqarx cəlib olunub və həbs olunanlar var. 6 sahibkar barədə həbs-qətimkan tədbirinin seçilib.
Həmin sahibkarlardan biri "Bakı"nın prezidenti "Hafka" ləqəbi ilə tanınan oliqarx Hafiz Məmmədovdu. Lakin hüquq-mühafizə orqanları sahibkarı həbs edə bilməyib. Mayın 18-i Nəsimi rayon məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan seçsə də, o, iki gün əvvəl - mayın 16-sı ölkədən qaça bilib.
Hafiz Məmmədovun hansı yolla və hansı ölkəyə qaçdığı məlum deyil.
Öncə mətbuatda Hafiz Məmmədovun Beynəlxalq Banka 100 milyon manat kredit borcu olduğu haqda xəbərlər yayılmışdı.
| Paylaş: