"Oyunumuzun nəticəsi qələbə olmalı idi"
Paylaş:
Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları keçirilib.
"Sumqayıt" öz meydanında "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə məğlub edib.
"Kapital Bank Arena"dakı oyundan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Aqil Məmmədov qalibiyyəti belə şərh edib:
“Yaxşı oynadıq. Azarkeşləri, futbolçuları təbrik edirəm. Düşünürəm ki, oyunumuzun nəticəsi qələbə olmalı idi. Mən rəqibin qapıçısı Tərlan Qasımzadənin oyununu qeyd etməliyəm. Daha çox qol vura bilərdik. Amma Tərlan yaxşı çıxış etdi”.
| Paylaş: