')

Bu gün:


FutbolPress.Az | Elxan Məmmədov: "Bu, bizim arzumuz idi" 

Elxan Məmmədov: "Bu, bizim arzumuz idi" 


oxunma sayı: 317 Paylaş:

FutbolPress"Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm". 

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Azərbaycan Premyer Liqasinin XXXV turunda keçirilən "İnter" - "Qarabağ" matçından (2:1) sonra dedi. 

"Qarabağ"a çempionluq kuboku və qızıl, "İnter"ə isə gümüş medalların təqdimatından sonra jurnalistlər önünə çıxan federasiya rəsmisi "atlılar"ın bu mövsüm Avropa Liqasındakı çıxışına da toxundu: 

"Yaxınlarda Avropa Liqasının final matçı olacaq. Düşünürəm ki, finalda "Qarabağ" da ola bilərdi. "Sevilya"ya qarşı həlledici oyunda "Dnepr"ə azarkeşlik eləmək olar. Çünki məhz onlar "Qarabağ"ın əvəzinə 1/16 finala vəsiqə qazanmışdılar". 
 
Baş katib maliyyə problemləri ilə üzləşən "İnter" və "Simurq"un taleyi haqda da danışdı: 

"İnter" və "Simurq"un taleyi ilə bağlı konkret heç nə deyə bilmərəm. Lakin danışıqlar gedir. Bir neçə dəfə klub rəhbərləri ilə görüşlər keçirmişik. Bu gün də klubun prezidenti Georgi Nikolovla danışdıq. İnanıram ki, "İnter" bizi avrokuboklarda təmsil edəcək. Ümid edirəm ki, hər şey yaxşı olacaq".

Elxan Məmmədov ölkə klublarının dövlət tərəfindən 1,5 milyon avro yardım alacağı və növbəti mövsümdən Premyer Liqada iştirak edəcək klubların sayı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirdi:

"Bu haqda mətbuatdan oxumuşuq. Hazırda bu haqda yalnız danışılır. Ortalıqda konkret heç nə yoxdu. Bu il "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəti bitir. Biz hesabatı həm beynəlxalq futbol qurumlarına, həm də dövlət strukturlarına təqdim eləmişik. Bundan əlavə yeni dövlət proqramının hazırlıq işlərinə başlamışıq. Bu proqramın neçə illik olacağı dövlətin qərarından asılıdı. Klublara nə qədər yardım olunacaq, bilmirəm. Konkret rəqəmləri söyləmək çətindi. Çünki hazırda təsdiq olunan rəqəm yoxdu və biz AFFA olaraq bu rəqəmi dövlət proqramına yaza bilmərik".

"Bu, bizim arzumuz idi. Çox istəyirdik ki, çempionatda 12 komanda mübarizə aparsın. Lakin 10 komandaya lisenziya verilib və bu məsələ demək olar ki, bağlanıb".


oxunma sayı: 317 | Paylaş:




?>