')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" uduzdu, AZAL rəqibini biabır etdi

"Qarabağ" uduzdu, AZAL rəqibini biabır etdi


oxunma sayı: 318 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında XXXV turun oyunları keçirilib.

Turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

"Sumqayıt" evdə "Xəzər Lənkəran"ı sınağa çəkib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsilə yekunlaşıb. Bununla da üç oyun ard-arda uduzan "kimyaçılar" uğursuzluq seriyanı qırıb. Cənub təmsilçisi isə 8 səfər matçında məğlubiyyət acısı yaşayıb.
 
Ötən tur istirahət edən "Neftçi" səfərdə autsayder "Bakı"nın qonağı olub. Mövsümü üçüncü pillədə başa vurmaq şanslarını saxlayan "Neftçi" bu oyunda mütləq qələbə qazanmalı idi. Lakin Arif Əsədovun komandası meydan sahiblərinin müqavimətini qıra bilməyib. Qarşılaşma 0:0 hesablı bərabərliklə bitib. 

Maliyyə böhranı ilə üz-üzə qalan "Simurq" səfərdə AZAL-la üz-üzə gəlib. "Təyyarəçilər" bu görüşdə qalib gələcəyi təqdirdə "Simurq"la xalını bərabərləşdirəcəkdi. Meydan sahibləri bunu artıqlaması ilə bacarıb. Tərlan Əhmədovun yetirmələri rəqibini biabır edib - 5:0.  

Turun son qarşılaşması "İnter Arena"da keçirilib. Burada "Qarabağ" və "İnter" üz-üzə gəlib. Ağdam təmsilçisi artıq çempionluğunu rəsmiləşdirdiyi, "İnter" isə gümüş medalları özü üçün təmin etdiyinə görə bu oyun komandalar üçün formal xarakteri daşıyacaqdı. Matç olduqca maraqlı idman mübarizəsi şəraitində keçib. Qarşılaşmada meydan sahibləri 2:1 hesablı qələbəyə sevinib. 
 

Azərbaycan Premyer Liqası. XXXV tur
22 may


18:00. “Sumqayıt” – “Xəzər Lənkəran” - 2:0
Qollar: Məhəmməd Qurbanov, 13 (1:0), Tofiq Mikayılov, 22 (2:0)
İlk 3 dövrədəki oyunlar: 1:0, 1:2, 2:3
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Elvin Əsgərov
“Kapital Bank Arena”

18:00. “Bakı” – “Neftçi” - 0:0
İlk 3 dövrədəki oyunlar: 0:1, 1:3, 0:2
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Munis Abdullayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

19:00. AZAL – “Simurq” - 5:0
Qollar: Freddi Mombonqo, 19 (1:0), 38 (2:0), 43 (3:0), 54 (5:0), Rəşad Abdullayev, 54 (5:0)
İlk 3 dövrədəki oyunlar: 0:2, 2:2, 0:1
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov
“AZAL Arena”

20:00. “İnter” – “Qarabağ” - 2:1
Qol: Əfran İsmayılov, 19 (1:0), Leroy Corc, 30 (1:1), Arif Daşdəmirov, 55 (2:1)
İlk 3 dövrədəki oyunlar: 0:0, 0:0, 0:0
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Yaşar Abbasov, Əliyar Ağayev
“İnter Arena” 


Turnir cədvəli


N Klublar O Q H M T-F Xal
1 Qarabağ 32 20 8 4 51-28 68
2 İnter 31 17 12 2 54-17 63
3 Qəbələ 31 14 9 8 43-35 51
4 Neftçi 31  13  9 9 37-32 48
5 Simurq   31 11 5 15 41-39 38
6 AZAL  31 10 8 13 36-41 38
7 Xəzər Lənkəran 31 8 7 16 35-46 31
8 Sumqayıt 31 6 10 15 29-42 27
9 Bakı 31 3 8 20 19-65 17


Bombardirlər: 

Nurlan Novruzov ("Bakı") - 15 qol
Draqan Çeran ("Simurq") - 14 qol


oxunma sayı: 318 | Paylaş:





?>