Alveş "Barselona"nın təklifini rədd etdi
Paylaş:
"Barselona"nın müdafiəçisi Daniel Alveş klubun müqaviləni yeniləmək haqda elədiyi sonuncu təklifini rədd edib.
"Barcastuff"un məlumatına görə, 32 yaşlı braziliyalı mövsümün sonunda komandanı tərk eləmək qərarına gəlib.
"Sport.es" isə xəbər verir ki, Alveş mayın 26-ı sonuncu mətbuat konfransını keçirəcək.
Maraqlıdı ki, Braziliya millisinin üzvünə 4 klubdan təklif gəlib. Lakin bu təkliflərdən ən yaxşısını "Barselona"nın eləməsinə baxmayaraq, müdafiəçi getmək qərarına gəlib.
Daniel Alveş 2008-ci ildə "Sevilya"dan transfer olunub. Onunla PSJ və "Mançester Siti" də yaxından maraqlanır.
| Paylaş: