Almaniyalı futbolçu "Mançester Yunayted"in təklifini rədd etdi
Paylaş:
"Borussiya" Dortmundun müdafiəçisi Mats Hummels komandanı tərk eləmək fikrindən daşınıb.
"Goal.com"un məlumatına görə, Almaniya millisinin üzvü "Mançester Yunayted"dən gələn təklifi rədd edib.
Lui van Qaal yayda təcrübəli futbolçunu komandaya cəlb eləməklə, müdafiə xəttini gücləndirmək niyyətində idi. Lakin 26 yaşlı futbolçunun bu qərarı hollandiyalı çalışdırıcını alternativ variantlar axtarmağa vadar edib.
| Paylaş: