')

Bu gün:


FutbolPress.Az | Qurbanov "Hayduk"u tərk edir: "Oynamağa imkan vermirlər" (MÜSAHİBƏ)

Qurbanov "Hayduk"u tərk edir: "Oynamağa imkan vermirlər" (MÜSAHİBƏ)


oxunma sayı: 666 Paylaş:

FutbolPress"Neftçi"nin futbolçusu Ruslan Qurbanov bu ilin fevralından icarə əsasında Xorvatiya “Hayduk”unda çıxış edir.

24 yaşlı futbolçu əcnəbi klubda oyun praktikasında əziyyət çəkir. Azərbaycan millisinin üzvü Xorvatiya klubunda cəmi 5 rəsmi oyunda meydana çıxıb. 

Bu səbəbdən onun komandadan ayrılacağı gözlənilir.

Məsələ ilə bağlı hücumameyilli yarımmüdafiəçinin özü ilə danışdıq. O, müsahibəsində komandadan ayrılmağa hazırlaşdığını təsdiq etdi: 


- "Hayduk"dan ayrılacağın haqda xəbərlər yayılıb...
- Bəli, bu xəbərlər doğrudu. Mənim burda qalmaq fikrim yoxdu.

- Hansı səbəbdən?
- Yalnız bir problem var. Burda oynamağa imkan vermirlər. Ona görə, belə qərar qəbul etdim.

- Məqşçilər korpusu sənə inanmır, yoxsa komandaya tam uyğunlaşa bilməmisən?
- Yeni baş məşqçimiz Vuçeviçdi. Bu baş məşqçi mənə oynamağa imkan yaratmır. O həm də əvvəlki baş məşqçinin -  Poklepoviçin köməkçisi idi. Həmin vaxt da məni meydana buraxmırdılar. Popkeviçin gedişindən sonra idman direktoru baş məşqçi oldu və mənə şans verdi. İdman direktordan sonra Vuçeviç gəldi, yenə ehtiyatda oturmağa başladım. Bu səbəbdən "Hayduk"la müqaviləni uzatmaqdan imtina etdim.

- Klub sənə yeni müqavilə təklif elədi?
- Bəli. Onlar menecerimlə əlaqə saxlayıblar, yeni müqavilə təklif edirlər. Lakin mən buna razı olmadım.

- Başqa klublardan təkliflər var?
- Bəli. Həm Xorvatiya, həm də Rusiyadan təkliflər almışam. Hazırda menecerim həmin işlərlə məşğulduş Gələcək karyerama yaxın zamanda aydınlıq gələcək.

- "Hayduk"u karyerasının tramplini adlandırmışdın. Amma hər şey belə tez bitdi...
- Mən belə hesab eləmişdim. Amma futbol elə şeydi ki, sən oynamırsansa qabağa gedə bilməzsən. Meydana çıxmırsansa, burda tramplindən söhbət gedə bilməz.

- Əgər onlar sənin oynayacağını söz versələr, qərarını dəyişərsən?
- Hadisələrə real baxmaq lazımdı. Bunlar mənə oynamağa imkan verməyəcəklər. Lap şans versələr belə, qərarımı dəyişmərəm.

- Çox ehtiyatda qaldın, həm də klubu tərk eləməyə hazırlaşırsan. Bu sənin millidəki karyerana mənfi təsir etməz?
-  Bunu zaman göstərəcək. Əgər digər kluba keçib, yaxşı oynamağa başlasam, niyə mənfi təsir göstərsin ki? Əgər bundan sonra milliyə çağırılmasam, deməli taleyim belə yazılıb. Hər Allahın əlindədi.

-  Prosineçkinin səni Norveçlə matça dəvət edəcəyini gözləyirsən?
- Təbii ki, gözləyirəm. Mən burdan viza alıram. Bu isə o deməkdi ki, Prosineçki məni çağıracaq.  


oxunma sayı: 666 | Paylaş:




?>