')

Bu gün:


FutbolPress.Az | Adı "Neftçi"də hallanan hücumçu: "Rəhbərliklə heç bir əlaqəm olmayıb" (MÜSAHİBƏ)

Adı "Neftçi"də hallanan hücumçu: "Rəhbərliklə heç bir əlaqəm olmayıb" (MÜSAHİBƏ)


oxunma sayı: 737 Paylaş:

FutbolPressMövsümün uğursuzlarından olan AZAL XXXIV turda səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq. 

Komandanın əsas futbolçularından olan konqolu Freddi Mombonqo matçöncəsi "FutbolPress"in suallarını cavablandırdı. Hücumçu oyuna hazırlığın səviyyəsindən, AZAL-ın uğursuzluğunun səbəblərindən danışdı və mövsümün sonunda komandadan gedib-getməyəcəyi ilə bağlı məsələyə toxundu. 

Bildirərk ki, 30 yaşlı futbolçunun adı daha çox "Neftçi"də hallanır.



- Növbəti tur “Xəzər Lənkəran”la qarşılaşacaqsız. Matça hazırlıqlar necə gedir?
- “Xəzər Lənkəran”a qarşı matça ciddi yanaşırıq. Görüşə hazırlıqlar yüksək səviyyədə gedir. Ötən tur “Bakı” üzərində qələbə qazanmışıq. Bu da komandaya əlavə motivasiya verib. Bir aya yaxın idi qələbə qazana bilmirdik. Üzərimizdə təzyiq hiss edirdik. Amma sonuncu görüşdəki qələbədən sonra heç bir təzyiq yoxdu. Lənkərana yalnız qələbə qazanmaqçün yollanırıq. Hazırda əsas məqsədimiz 5-ci yer tutmaqdı.

- “Xəzər Lənkəran”a qarşı son III dövrənin oyununda da fərqlənmişdiz. Bu dəfə qol vura biləcəksizmi?
- Düzdü, qol vurmaq hücumçunun işidi. Amma mənimçün şəxsi yox, daha çox komandanın uğurları vacibdi. Əgər mən 2 qol vurandan sonra, komanda üç qol buraxırsa və yekunda uduzuruqsa, qol vurmağımın mənası olmur. Daha yaxşı olar ki, komanda qalib gəlsin. Təbii ki, sabah da qol vurmağa çalışacağam. Bu qolun da komandama xeyirli olacağını ümid edirəm.

- AZAL mövsümün əvvəlində iddialı görünürdü, amma sonluq uğursuz alındı. Buna əsas səbəb nə oldu?
- Başlıca səbəb zədəli futbolçularımızı çoxluğu oldu. Zədələnən oyunçuların da çoxu əsas heyət üzvləri idi. Zədələr bütün komandalara təsir edir. Məsələn, Avropadan builki “Bavariya”nı nümunə göstərmək olar. Onlarda da heyətdə ciddi itkilər oldu, bu da son oyunlarda özünü göstərdi və çıxışları uğursuz oldu. Yəni, əsas futbolçularımızın mövsümboyu zədələnməsi bizim də oyunumuza ciddi təsir göstərdi.

- Mövsümün sonu AZAL-la müqavilənizin müddəti bitir. Başqa klublardan təkliflər varmı?
- Təkliflər var. Lakin bu təkliflərlə mən yox, menecerim (oxu - FIFA meneceri Vaqif Heydərli) məşğul olur. Mən bu işlərə heç qarşmıram. Əsas işim meydana çıxıb qol vurmaq və komandanın uğurlarında iştirak eləməkdi. Futbol həyatıdı, nələrin olacağını öncədən bilmək olmaz. Hər halda menecerim mənimçün ən yaxşı variantı seçəcək.

- Yazılanlara görə, rəhbərliyə avrokuboklarda mübarizə aparan klublardan birində oynamaq istədiyinizi bildirmisiz...
- Mənim rəhbərliklə heç bir əlaqəm olmayıb. Ümumiyyətlə bu məsələ ilə heç maraqlanmıram. Dediyim kimi bütün danışıqlarımı menecer aparır. O, mövsümün sonunda ən sərfəli təklifin hansı olduğunu mənə deyəcək. Yalnız ondan sonra gələcək karyeramla bağlı seçim edəcəm. “Neftçi”də adımın hallandığını yalnız mediadan xəbər tutmuşam.

- Sərfəli təklif gəlsə, Azərbaycandan kənarda oynamağa razılıq verərsiz?
- Hər şey ola bilər. Bu gün burdayamsa, sabah başqa yerdə ola bilərəm. Bir ildi Azərbaycandayam. Burda mənimçün rahatdı. Azərbaycanın mentaliteti və həyat tərzi mənə yaxındı. Ona görə də düşünmürəm ki, Azərbaycandan kənarda çıxım. Hətta ailəmi də bur gətirmək istəyirəm. Qismət olsa, karyaramı burda davam etdirəcəm.


oxunma sayı: 737 | Paylaş:




?>