Azərbaycan millisinin sabiq qapıçısı dilinin bəlasına düşdü
Paylaş:
Azərbaycan millisinin sabiq məşqçisi Nadir Qasımov cəzalanıb.
AFFA-nın İntizam Komitəsi bu gün keçirdi iclasında I Divizion təmsilçisi “Şuşa Qarabağ”ın baş məşqçisinə 5 oyunluq cəza verib.
Buna səbəb Qasımovun “Qaradağ Lökbatan” matçda hakimlər briqadasını təhqir eləməsi olub. Dilinin bəlasına düşən çalışdırıcı klubunu 500 manat ziyana da salıb.
Qərara əsasən, bu hal yenidən təkrarlandığı halda isə onun haqqında daha ciddi tədbir görüləcək.
| Paylaş: