Karlos Kardozo "Neftçi"ni pis vəziyyətdə qoydu (VİDEO)
Paylaş:
Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun görüşləri keçirilib. "Qarabağ" evdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.
"Bakcell Arena"da keçirilən oyunda "ağ-qaralar" azlıqda qalıb. 75-ci dəqiqədə rəqib futbolçuya qarşı kobudluq edən braziliyalı müdafiəçi Karlos Kardozo ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb.
Məsələ bundadı ki, Karlos Kardozonun şərti cəzası var idi. Braziliyalı Premyer Liqanın XXVIII turunda "Simurq"la səfər matçınının 74-cü dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəza almışdı. Lakin futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunmuş və ona 6 aylıq sınaq müddəti verilmişdi. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaqdı.
Bu isə o deməkdi ki, İntizam Komitəsinin qərarına əsasən müdafiçi yenidən qırmızı vərəqə almaqla həm ötəndəfəki, həm də bugünki qırmızı vərəqənin cəzasını çəkəcək.
| Paylaş: