"Bu baxımdan bizim üçün çətin oldu"
Paylaş:
“Futbolçuları oyuna kökləmək çətin idi. Komanda avrokuboklara getmək şansını kubokda məğlub olmaqla itirmişdi. Bu baxımdan bizim üçün çətin oldu".
Bunu "Simurq"un baş məşqçisi George Çixradze Azərbaycan Premyer Liqasının XXXI turunda "Sumqayıt"a 1:0 hesabı ilə uduzduqları matçdan sonra deyib.
Gürcü mütəxəssis oyuna pis başlamadıqlarını bildirib:
"Ancaq ikinci hissədə müdafiədə səhv etdik. Bundan sonra şanslarımız olsa da, hesabı bərabərləşdirə bilmədik”.
| Paylaş: