')

Bu gün:


FutbolPress.Az | İspaniya La Liqası: XXXIII tur bitdi (TURNİR CƏDVƏLİ)

İspaniya La Liqası: XXXIII tur bitdi (TURNİR CƏDVƏLİ)


oxunma sayı: 705 Paylaş:

FutbolPressBu gün İspaniya La Liqasında XXXIII tura yekun vurulub.

İlk oyun günündə bir görüş keçirilib. "Atletik" "Bilbao səfərdə autsayder "Kordoba"dan üstün olub - 0:1.

İkinci oyun günü daha 4 qarşılaşma nəzərdə tutulub. Lider "Barselona" Kataloniya derbisində "Espanyol"la qarşılaşıb. Matç qonaqların 0:2 hesablı qələbəsilə bitib. Üçüncü yerin sahibi "Atletiko Madrid" "Elçe"ni üç cavabsız qolla məğlub edib. "Hetafe" isə "Levante"ni sınağa çəkib və minimal hesabla uduzub. Günə "Real Sosyedad" - "Vilyarreal" matçı ilə yekun vurulub. Görüşdə hesab açılmayıb.
  
Növbəti oyun günü "Malaqa" "Deportivo"nu, "Almeriya" "Eybar"ı, "Sevilya" "Rayo Valyekano"nu qəbul edib. Birinci matç heç-heçə yekunlaşıbsa, növbəti ikisində meydan sahibləri üç xal qazanıb. Liderdən iki xal geri qalan "Madrid "Real"ı isə səfərdə "Selta Viqo"nun qonağı olub və vacib qələbə qazanıb - 2:4.

Tura "Valensiya" - "Qaranada" qarşılaşması ilə yekun vurulub. Matç maydan sahiblərinin 4:0 hesablı qələbəsilə bitib.


İspaniya La Liqası. XXXIII tur
24 aprel

“Kordoba” – “Atletik” - 0:1
Qol: Etçeberria, 56


25 aprel

19:00 “Espanyol” – “Barselona” - 0:2
Qollar: Neymar, 17 (0:1), Messi, 25 (0:2)
Qırmızı vərəqələr: Alba, 55 ("Barselona"), Moreno, 90+1 ("Espanyol")

21:00 “Atletiko Madrid"– “Elçe” - 3:0
Qollar: Qrizman, 55 (1:0), 77 (3:0), Qarsiya, 65 (2:0)

23:00 “Xetafe” – “Levante” - 0:1
Qol: Kasadesus, 35 (0:1)

01:00 “Real Sosyedad” – “Vilyareal” - 0:0


26 aprel

 “Malaqa” – “Deportivo” - 1:1
Qollar: Nordin Amrabat, 47(1:0), Riera, 60 (1:1)

“Almeriya” – “Eybar” - 2:0
Qollar: Bifuma, 8, Verza, 68-pen.

“Sevilya” – “Rayo Valekano” - 2:0
Qollar: Visente İborra, 17 (1:0), Daniel Karriko, 43

“Selta Viqo” – “Real” Madrid - 2:4
Qollar: Nolito, 9 (1:0), Toni Kross, 16 (1:1),  Xavier Hernandez, 24 (1:2), Santi Mina, 28 (2:2), Xames Rodriqez, 44 (2:3), Xavier Hernandez, 69 (2:4)


27 aprel

23:45 “Valensiya” – “Qranada” - 4:0
Qollar: 
Fueqo, 26; D. Parexo, 40-pen, Feqoli, 85; Neqredo, 88 
 

Turnir cədvəli


N Komanda O Q H M T-F Xal
1 Barselona 33 26 3 4 91:19 81
2 Real Madrid 33 26 1 6 99:30 79
3 Atletiko Mdrid 33 22 6 5 64:26 72
4 Valensiya 33 20 8 5 60:25 68
5 Sevilya 33 20 6 7 60:37 66
6 Vilyareal 33 14 11 8 44:30 53
7 Malaqa 33 13 8 12 36:39 47
8 Atletik Bilbao 33 13 7 13 33:37 46
9 Selta Viqo 33 11 9 13 39:38 42
10 Espanyol 33 11 9 13 39:42 42
11 Rayo Valyekano 33 13 2 18 38:61 41
12 Real Sosyedad 33 9 12 12 36:43 39
13 Xetafe 33 10 6 17 28:46 36
14 Elçe 33 9 7 17 27:57 34
15 Levante 33 8 8 17 31:60 32
16 Eybar 33 8 7 18 28:46 31
17 Almeriya 33 8 7 18 29:52 31
18 Deportivo 33 6 11 16 29:52 29
19 Qranada 33 4 13 16 21:61 25
20 Kordoba 33 3 11 19 21:52 20


oxunma sayı: 705 | Paylaş:




?>