')

Bu gün:


FutbolPress.Az | Azərbaycanlı futbolçunun "Fənərbağça"ya keçidi həll olundu

Azərbaycanlı futbolçunun "Fənərbağça"ya keçidi həll olundu


oxunma sayı: 440 Paylaş:

FutbolPressBildiyimiz kimi "Əlincə”nin yetirməsi Turan Vəlizadə Türkiyə nəhəngi "Fənərbaxğa”da baxışda olub.

15 yaşadək Azərbaycan millisinin üzvü olan futbolçu 1 həftəlik yoxlanış müddəti bitib.

Vətənə dönən Vəlizadə "sarı bülbüllər”in düşərgəsində yaşadığı təəssüratları klub saytına açıqlayıb: "

"Məşqlər çox maraqlı keçdi. Yoxlanışa qatıldığım elə ilk gündəcə "Fənərbaxğa”nın U-15 komandasının məşqçiləri mənim oyunum haqda müsbət fikirlər səsləndirdilər. Daha sonra komandanın digər məşqçiləri də çıxışımı izlədi. Onlar əvvəlcə hazırda məxsus olduğum klubun "Fənərbağça”dan pul qarşılığında transfer olunacağımı düşünürdülər. Ancaq bunun əksini öyrəndikdən sonra mənim "sarı bülbüllər”ə keçidimin zəruriliyini vurğuladılar. Hazırda "oturma izni” və valideynimin orda işlə təmin olunmağı məsələsi yolunda  işlər gedir. Bütün bunlar həll olunduqdan sonra yaxın vaxtlarda  "Fənərbağça”nın qatıldığı və Antalyada baş tutacaq turnirə yollanacağam. Çox sevinirəm ki, öz oyunumla Azərbaycan və "Əlincə” haqda müsbət fikirlər oyatdım. İnşallah, "Fənərbaxğa”ya transfer olunduqdan sonra daha əzmlə çalışıb, Azərbaycanın adını daha yüksək zirvələrə daşımağa çalışacağam”.

"Neftçi"nin yetirməsi olan Turan Vəlizadə vaxtı ilə Türkiyədə "Beşiktaş" və İngiltərədə isə "Mançester Yunayted"in düşərgəsində də olub.


oxunma sayı: 440 | Paylaş:




?>