"Real"ın oyunçusu "Liverpul"a keçə bilər
Paylaş:
Mövsümün sonunda Asier İlyarramendi "Real" Madriddən ayrıla bilər.
"Marca"nın məlumatına görə, "Liverpul" 25 yaşlı yarımmüdafiəçi üçün ispanlara rəsmi təklif göndərib. "Kral klubu" təklifə cavab verməyə tələsməsə də, onların 32 milyon avro qarşılığında İlyarramendini satacağı deyilir.
Bu mövsüm əsas heyətdə özünə yer edə bilməyən yarımmüdafiəçinin özü də Madrid klubunu tərk etmək niyyətindədi.
Asier İlyarramendi 2013-cü ilin yayında "Real Sosyedad"dan transfer olunub.
| Paylaş: