"Fənərbağça"nın ofisinə hücum (FOTO)
Paylaş:
Naməlum şəxslər "Fənərbaxça"nın Ankarada yerləşən ofisinə hücum ediblər.
Canilər ofisin şüşə qapısını qıraraq içəri daxil olub, ofisdəki kompüter və digər avdanlıqlara ziyan vurublar.
Dünən yerli vaxtla saat 20:00-da baş verən hadisə zamanı ofisdə klub rəsmilərindən heç kəs olmayıb.
Hadisənin "Ankaragücü" azarkeşləri tərəfindən törədildiyi iddia olunur.
Aprelin 4-ü isə "Rizəspor"la matçdan sonra "Fənərbağça"nın üzvlərini daşıyan avtobus silahlı hücuma məruz qalıb. Nəticədə sürücü yaralanıb, futbolçulardan isə xəsarət alan olmayıb.
| Paylaş: