')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" "Neftçi"ni məğlub etdi, "Qəbələ"dən ardıcıl 8-ci qələbə

"Qarabağ" "Neftçi"ni məğlub etdi, "Qəbələ"dən ardıcıl 8-ci qələbə


oxunma sayı: 521 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında XXXI turun oyunları keçirilib.

“Bakı”nın istirahət elədiyi turun iki görüşü paytaxtda, biri Sumqayıtda, digəri isə Lənkəranda baş tutub.

Ardıcıl 7 çempionat matçında qalib gələn "Qəbələ" səfərdə "Xəzər Lənkəran"la qarşılaşıb. Öz meydanındakı son 3 oyunda uduzmayan cənub təmsilçisi iddialı rəqibini də büdrətməyə çalışıb. Lakin Roman Qriqorçukun komandası qələbə seriyasını davam etdirib. Cavid Hüseynovun 48-ci dəqiqədə vurduğu qol qonaqlara üç xal qazandırıb. Bu qələbədən sonra "qırmızı-qaralar" "Neftçi" ilə xalları bərabərləşdirib, üçüncü pilləyə şərik çıxıb.

“Simurq” səfərdə “Sumqayıt”la üz-üzə gəlib. Avrokuboklara az da olsa şansları qalan Zaqatala klubu mütləq qələbə qazanmalı idi. 13 oyundu qələbə qazana bilməyən “Sumqayıt” isə bu uğursuzluğa son qoymaq arzusundaydı. Görüşün ilk hissəsində hesab açılmayıb. Lakin ikinci yarıda Aqil Məmmədovun komandası istəyinə çatıb. 49-cu dəqiqədə Pərdis Fərcad-Azad komandasının qələbəsizlik seriyasını qırıb. 

“İnter” 4 oyundu qələbəyə həsrət qalan AZAL-la münasibətlərə aydınlıq gətirib. İkinci pillədə möhkəmlənmək üçün “bankirlər” bu oyunda 3 xal əldə etməyə çalışıblar. Kaxaber Sxadadzenin yetirmələri üç xalı iki qolla qazanıblar. Meydan sahiblərinin heyətində hər iki qolun müəllifi 59 və 75-ci dəqiqələrdə fərqlənən Arif Daşdəmirov olub.

Turun mərkəzi qarşılaşması isə əzəli rəqiblər – “Qarabağ” və “Neftçi” arasında keçirilib. Çempionatda iki mövsümdü ağdamlılara qalib gələ bilməyən paytaxt klubu tilsimi qırmaq arzusunda idi. Öz növbəsində, Qurban Qurbanovun komandası da ikinci yerlə xal fərqini qorumaqçün meydana çıxmışdı. Matç gözləniləndən də maraqlı alınıb. 5 qolun qeydə alındığı qarşılaşma "atlılar"ın üstünlüyü ilə başlayıb. Rəqibini əks hücumda yaxalayan meydan sahibləri 15-ci dəqiqədə Muarem Muarem, 27-də isə Cavid Tağıyevlə önə keçib. Lakin qonaqlar 30-cu dəqiqədə Araz Abdullayevlə hesab arasındakı fərqi azaldıblar. İkinci yarıda qapılara daha iki qol vurulub. Əvvəlcə "Neftçi" 60-cı dəqiqədə Nikolas Kanaleslə tarazlığı bərpa edib. Lakin buna baxmayaraq "Qarabağ" qələbə qolunu vura bilib. 70-ci dəqiqədə Leroy Corc matçda son nöqtəni qoyub - 3:2. Bu məğlubiyyətlə "Neftçi" qızıl medallar qazanmaq şansını tam olaraq itirib. 

Azərbaycan Premyer Liqası. XXXI tur
25 aprel


17:00. “Xəzər Lənkəran” – “Qəbələ” - 0:1
Qol: Cavid Hesynov, 48 (0:1)
Qırmızı vərəqə: Elvin Mirzəyev, 45+1 ("Xəzər Lənkəran")
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev
İlk 3 dövrədəki oyunlar: 1:1, 3:0, 1:3
“Xəzər Lənkəran” mərkəzi stadionu


17:00. “Sumqayıt” – “Simurq” - 1:0
Qol: Pərdis Fərcad-Azad, 49 (1:0)
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov
Köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
İlk 3 dövrədəki oyunlar: 2:3, 2:1, 1:1
“Kapital Bank Arena”


18:00. “İnter” – AZAL - 2:0
Qollar: Arif Daşdəmirov, 59 (1:0), 75 (2:0)
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:1
“İnter Arena”


19:00. “Qarabağ” – “Neftçi” - 3:2
Qollar: Muarem Muarem, 15 (1:0), Cavid Tağıyev, 27 (2:0), Araz Abdullayev, 31 (2:1), Nikolas Kanales, 60 (2:2), Leroy Corc, 70 (3:2)
Qırmızı vərəqə: Karlos Kardozo, 76 ("Neftçi")
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev
Köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev
İlk 3 dövrədəki oyunlar: 3:1, 0:0, 1:0
“Bakcell Arena”

Turnir cədvəli


N Klublar O Q H M T-F X
1  Qarabağ 28 19 6 3 47-24 63
2  İnter 27 14 11 2 44-13 53
3  Neftçi 28 13 7 8 35-25 46
4  Qəbələ 28 13 7 8 38-33 46
5  Simurq   28 10 5 13 35-31 35
6  AZAL  28 8 8 12 29-40 32
7  Xəzər Lənkəran 27 7 6 14 32-41 27
8  Sumqayıt 27 5 9 13 25-37 24
9  Bakı 27 2 8 17 17-58 13

Bombardir: Nurlan Novruzov ("Bakı") - 13 qol


oxunma sayı: 521 | Paylaş:




?>