')

Bu gün:


FutbolPress.Az | Tərlan Əhmədov çətin durumda

Tərlan Əhmədov çətin durumda


oxunma sayı: 304 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasının XXXI turunun oyunları keçiriləcək.

AZAL səfərdə "İnter"lə qarşılaşacaq. "Təyyarəçilər" bu görüşə ciddi itkilərlə çıxacaq. 
 
Komandanın 4 üzvü zədə və cəza səbəbindən "bankirlər"ə qarşı matçda oynamayacaq. Türkiyədə əməliyyat olunacaq Viktor İqbekoye ilə yanaşı Valeriy Kutsenko, Aleksandr Şemonayev  zədə səbəbindən qarşılaşmanı buraxmalı olacaqlar. Komandanın digər itkisi isə Xuan Fransisko ilə bağlıdır. İspan müdafiəçi sarı vərəqə limitini doldurduğu üçün  komandasına kömək edə bilməyəcək.

İtkilər səbəbindən Tərlan Əhmədov bugünkü matçda heyət seçməkdə çətinlik çəkir. 

"İnter" - AZAL matçı saat 18:00-da başlayacaq.


oxunma sayı: 304 | Paylaş:




?>