')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" uduzdu, "Xəzər Lənkəran" qalib gəldi

"Qarabağ" uduzdu, "Xəzər Lənkəran" qalib gəldi


oxunma sayı: 278 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXXI tura yekun vurulub.

Lider "Simurq" səfərdə "Sumqayıt"la qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Məğlubiyyətə baxmayaraq, zaqatalalılar ilk pillədəki mövqeyini qoruyub.

"Qarabağ" isə doğma meydanda "Neftçi" ilə üz-üzə gəlib və 2:3 hesabı ilə uduzub.

Turun digər matçında "Qəbələ" səfərdə "Xəzər Lənkəran"la qarşılaşıb. Bu oyunda Lənkəran təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.


Əvəzedicilərin çempionatı, XXXI tur 
24 aprel


“Sumqayıt” - “Simurq” - 2:1
Qollar: Xəyal Nəcəfov, 31 (1:0), Cavad Kazımov, 79 (1:1), Emin Əliyev, 90 (2:1)

“İnter” - AZAL - 1:0
Qol: Dieqo Madriqal, 58 (1:0)

“Xəzər Lənkəran” - “Qəbələ” - 1:0
Qol: Rahid Əmirquliyev, 58-pen (1:0)

“Qarabağ” - “Neftçi” 2:3
Qollar:  Cavid Muxtarzadə, 36 (0:1), 58 (0:2), Orxan Qurbanlı, 44 (0:3), Fərid Məmmədov, 68 (1:3), Nazim Kərimli, 90+1 (2:3)


Turnir cədvəli


N Klublar O Q H M T-F X
1 Simurq 28 17 3 8 62-31 54
2 İnter 27 16 5 6 66-34 53
3 Neftçi 28 12 8 8 40-38 44
4 Qəbələ 28 12 7 9 41-38 43
5 Xəzər Lənkəran 27 11 5 11 32-42 38
6 Qarabağ 28 10 3 15 38-48 33
7 Bakı 27 9 3 15 40-48 30
8 AZAL 28 7 8 13 28-41 29
9 Sumqayıt 27 5 8 14 35-62 23


oxunma sayı: 278 | Paylaş:




?>