"Qarabağ"ın futbolçusu Almaniyaya gedir
Paylaş:
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Namiq Ələsgərov yenidən Almaniyada fizioterapiya kursu keçəcək.
AVRO-2016-nın seçmə mərhələsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Malta görüşündə xəsarət alan yarımmüdafiəçi 4-6 həftə sonra ölkə xaricinə yollanacaq.
Almaniyanın Plattlinq şəhərində uğurla cərrahiyə əməliyyatı olunan Ələsgərov ilkin fizioterapiya kursunu da keçmişdi. İkinci dəfə bu kursa yollanacaq futbolçunun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.
| Paylaş: