')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" qisas, "Neftçi" tilsimi qırmaq arzusunda və kölgədə qalan paytaxt derbisi (PREVYU)

"Qəbələ" qisas, "Neftçi" tilsimi qırmaq arzusunda və kölgədə qalan paytaxt derbisi (PREVYU)


oxunma sayı: 316 Paylaş:

FutbolPressSabah Azərbaycan Premyer Liqasında XXXI turun oyunları keçiriləcək

“Araz Nazçıvan”ın çempionatı yerımçıq tərk etməsi səbəbindən “Bakı”nın istirahət edəcəyi turun iki görüşü paytaxtda, biri Sumqayıtda, digəri isə Lənkəranda baş tutacaq.

Əyalətdə keçiriləcək yeganə qarşılaşmada avrokuboklardan əlini üzən “Xəzər Lənkəran” son zamanlar əla formada olan “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək. Çempionatda ardıcıl 7 qələbəyə sevinən Roman Qriqorçukun komandası sabahkı matçda maksimum nəticə qazanmaqla medallar uğrunda mübarizəni davam etdirmək istəyir. Qələbə seriyasına XXIII turda məhz “gəmiçilər”lə matçda başlayan “qırmızı-qaralar” həm də rəqibindən II dövrədəki 3:0 hesablı məğlubiyyətin əvəzini çıxmaq niyyətindədi. Ardıcıl 3 ev matçında yenilməyən cənubluların buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir. Rəqiblər mövsümdə sonuncu – 4-cü dəfə qarşılaşacaqlar. Əvvəlki üç matçda hərəyə 4 xal qazanan qazanan komandalar ümumilikdə çempionatda 26-cı dəfə görüşəcəklər. İndiyədək 25 dəfə qarşılaşan rəqiblərin duelində 13 dəfə “Xəzər Lənkəran”, 6 dəfə isə “Qəbələ” meydandan üç xalla ayrılıb. Altı matçda bərabərlik qeydə alınıb. Cənub təmsilçisinin vurduğu 36 qola, rəqibi 23 qolla cavab verə bilib.

Bu matçla eyni anda start götürəcək paytaxtdan kənardakı digər oyunda autseyderlər sırasında yer alan “Sumqayıt” “Simurq”u qəbul edəcək. Qış fasiləsindən bəri qələbə üzünə həsrət qalan “kimyaçılar” bu uğursuz seriyanı qırmaq niyyətindədi. Sonuncu dəfə XV turda məhz “Simurq”la oyunda üç xala sevinən Aqil Məmmədovun yetirmələri ardıcıl üç oyundu xala həsrət qalan qonaqları məyus etmək arzusundadı. Heç də yaxşı günlərini yaşamayan qonaqlarçün isə qələbə hava-su kimi vacibdi. Əks halda Giorgi Çoxradzenin yetirmələrinin avrokubok şansları lap minimum enə bilər. Bu mövsüm üz-üzə gəldiyi 3 oyunda komandalar hərəyə 1 dəfə qalib gəlib, 1 görüşdə isə müydanı "sülh"lə tərk edib. İndiyədək qarşılaşdıqları 13 çempionat oyunundan 10-u “sarı-qaralar”ın, 1-i “gənclik şəhəri” təmsilçisinin qələbəsilə bitib, 2 matçda isə qalib aşkarlanmayıb. Əyalət təmsilçisi rəqibini 22 dəfə cəzalandırıbsa, sumqayıtlılar bunu yalnız 9 dəfə bacarıb.

"İnter" və AZAL-ın üz-üzə gələcəyi paytaxt derbisi bu dəfə Azərbaycan derbisinin kölgəsində qalacaq. Ölkə kubokunda yarımfinalda mübarizəni dayandıran meydan sahiblərini sabahkı matçın favorit saymaq olar. İkinci pillədə qərarlaşan “bankirlər” mövqeyini qorumaqçün zəif rəqibi ilə oyundan müksimum nəticə ilə ayrılmaq əzmindədi. Premyer Liqada keçirdiyi son 4 oyunda meydanı xalsız tərk edən və heç bir iddiası qalmayan “təyyarəçilər” isə rəqibin çempionluq şanslarını azaltmaq üçün üçün əlindən gələni edəcək. Lakin son 6 görüşdə Kaxaber Sxadadzenin drujinasına qələbə qazana bilməyən Tərlan Əhmədovun yetirmələrinin sabah da ciddi müqavimət göstərəcəyi inandırıcı görünmür. “İnter” bu mövsüm rəqibindən 3 dəfə üstün olub, bir dəfə isə “sülh” bağlayıb. Çempionatda indiyədək  25 matçda üzləşən komandaların duelində “bankirlər” 8, şüvəlanlılar isə 5 qarşılaşmada qalib gəlib, 12 görüşdə isə bərabərlik qeydə alınıb. Elə top nisbətinə görə də “İnter” rəqibindən üstündür – 22:20.

Tura lider “Qarabağ”la üçüncü yerin sahibi “Neftçi” arasındakı mərkəzi oyunla yekun vurulacaq. "Bakcell Arena"da keçiriləcək Azərbaycan derbisində həmişəki kimi “ağ-qaralar” yox, Ağdam klubu meydan sahibi olacaq. Azərbaycan Kubokunun finalına vəsiqə qazanan rəqiblərin sabahkı duelində “atlılar”I favorit saymaq olar. İki mövsümdü bakılılara uduzmayan Qurban Qurbanovun yetirmələri sabah da qalib gəlmək əzmindədi. Əgər bu baş verərsə, “Neftçi”nin çempionluq şansları rəsmən tükənmiş olacaq. Bununla yanaşı, Arif Əsədovun yetirmələri uduzsa, üçüncü yeri də itirə bilər. Lakin "Neftçi"i əzmkar mübarizə aparıb rəqibinə qarşı oyunlardakı qələbəsizlik seriyasını qırmaq arzusundadı. İndiyədək 59 dəfə qarşılaşan komandaların duelində əyalət təmsilçisi 19 dəfə qalib gəlibsə, 17 görüşdə isə paytaxt klubu qələbə qazanıb. Top nisbətində də “Qarabağ” minimal hesaba öndədi – 56:55.


Azərbaycan Premyer Liqası. XXXI tur
25 aprel


17:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev
İlk 3 dövrədəki oyunlar: 1:1, 3:0, 1:3
“Xəzər Lənkəran” mərkəzi stadionu


17:00. “Sumqayıt” – “Simurq”
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
İlk 3 dövrədəki oyunlar: 2:3, 2:1, 1:1
“Kapital Bank Arena”


18:00. “İnter” – AZAL
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:1
“İnter Arena”


19:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev
İlk 3 dövrədəki oyunlar: 3:1, 0:0, 1:0
“Bakcell Arena”


Turnir cədvəli


N Klublar O Q H M T-F Xal
1  Qarabağ 27 18 6 3 44-22 60
2  İnter 26 13 11 2 42-13 50
3  Neftçi 27 13 7 7 33-22 46
4  Qəbələ 27 12 7 8 37-33 43
5  Simurq   27 10 5 12 35-30 35
6  AZAL  27 8 8 11 29-38 32
7  Xəzər Lənkəran 26 7 6 13 32-40 27
8  Sumqayıt 26 4 9 13 24-37 21
9  Bakı 27 2 8 17 17-58 13


Bombardir: Nurlan Novruzov ("Bakı") - 13 qol


oxunma sayı: 316 | Paylaş:




?>