')

Bu gün:


FutbolPress.Az | Azərbaycan yığması oğurluğa görə Yaponiyadan deportasiya olundu

Azərbaycan yığması oğurluğa görə Yaponiyadan deportasiya olundu


oxunma sayı: 348 Paylaş:

FutbolPressYaponiyaya təlim-məşq toplanışına yollanan cüdo üzrə Azərbaycan yığması biabırçılıqla üzləşib. 

Əvvəlcə hər şey plan üzrə getsə də, sonradan yaşanan problemlər yığmanın planlarını pozub və idmançılarımız toplanışı yarıda kəsərək vətənə daha erkən dönməli olublar.

Belə ki, azərbaycanlı idmançılar ticarət mərkəzlərinin birində alış-veriş edərkən götürdükləri paltarların pulunu ödəmədən ərazini tərk etmək istəyiblər. Bunu görən satıcılar isə polis çağırmalı olublar.

Məsələ ilə bağlı "Futbol+” qəzetinə danışan millinin köməkçi-məçqçisi Mehman Əzizov mağazadakı insidenti təkzib edib:

"Bizim məşqimizdən sonra azyaşlı yapon uşaqların məşqi olurdu. Cüdoçularımızdan biri uşaqlardan hansınısa başı üzərinə qaldırıb, şəkil çəkdirdi. Bu da uşağa olan sevgidən qaynaqlanırdı. Uşağın valideyini baş məşqçiyə şikayət etdi. Oğurluq hadisəsi isə olmayıb”.

Ancaq məsələdə adı hallanan Mehman Sadıqov mağazada insident yaşandığını etiraf edib:

"Əslində orda baş verən hadisə bura bir qədər fərqli çatıb. Bəli, Qurbanla dükanda olmuşuq. Amma cibimizdə pul var idi və paltar oğurlamaqdan söhbət gedə bilməz. Paltar seçib götürdük. Ancaq üstümüzdə çek olmadığından satıcı bizi oğurluqda günahlandırdı. Ona başa salmağa çalışdıq ki, bunu oğurlamaq fikrimiz yoxdu. Bizdə dollar olduğundan pulu dəyişməliydik. "Bizi buraxın, pulu dəyişib gələk” dedik. Onlar isə yalnız polislə birgə gedib pulu dəyişə biləcəyimizi dedilər. Polis bizdən pasport istədi. Sənədlərimiz baş məşqçidə olduğundan, Hacıağa müəllim də ora gəldi. Sənədlərimizi təqdim etdik, dolları yenlə dəyişib paltarı aldıq və məsələ bağlandı. Amma bu hadisəyə görə komandanı Yaponiyadan çıxartdılar”.


oxunma sayı: 348 | Paylaş:




?>