')

Bu gün:


FutbolPress.Az | Araz Ağalarov Rusiyada stadion inşa edir (FOTO)

Araz Ağalarov Rusiyada stadion inşa edir (FOTO)


oxunma sayı: 487 Paylaş:

FutbolPressAzərbaycanlı milyarder Araz Ağalarova məxsus “Crocus Group” şirkəti Rusiyada keçiriləcək DÇ-2018 üçün Rostov şəhərində stadion tikintisinə başlayıb. 

Bu haqda "Ayaqtopu"nun "facebook" səhifəsində məlumat yayılıb. Həmin səhifədə “Crocus Group”un vitse-prezidenti Araz Ağalarovun oğlu Eminin tikinti meydançasında şəkli paylaşılıb.

İnfrastruktur layihəsi Rusiya prezidenti Vladimir Putinin göstərişi əsasında icra olunur. Əldə elədiyimiz məlumatlara görə, Ağalarova iki arenanın tikintisi tapşırılıb. Bunlardan biri Don çayının sol sahilində, digəri isə Kalininqraddadır. 

Rostovdakı stadion 45 min azarkeş tutumu olacaq. Artıq obyektin özülü qoyulub.

Stadionun "quşbaxışı" görüntüsü isə belə olacaq:



oxunma sayı: 487 | Paylaş:




?>