')

Bu gün:


FutbolPress.Az | Kaxadan vida görüntülü sağollaşma (FOTOLAR)

Kaxadan vida görüntülü sağollaşma (FOTOLAR)


oxunma sayı: 516 Paylaş:

FutbolPressBu gün "İnter" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Neftçi"ni 2:1 hesabı ilə məğlub elədi. 

Lakin qələbə səfərdə rəqibdən iki cavabsız qol buraxan "bankirlər"i finala daşımadı. Bununla da paytaxt klubunda son mövsümünü keçirən Kaxaber Sxadadzenin Azərbaycanı titulla tərk eləmək ümidləri demək olar ki, puç oldu. Çünki "İnter"in Azərbaycan Premyer Liqasının da qalibi olacağı real görünmür.

Mövsümün sonunda "İnter"dən ayrılıb, Gürcüstan millisinin sükanı arxasına keçəcək təcrübəli çalışdırıcı "Neftçi" ilə oyundan sonra, hərzamankı kimi, əsəbi görünmədi. Əksinə, o, vida görüntülü sağollaşması ilə çoxumuzu heyrətləndirdi. Mütəxəssisin rəqib çalışdırıcı Arif Əsədov, daha sonra "ağ-qaralar"ın bütün futbolçuları ilə görüşüb, onları təbrik eləməsi, hakimlər heyətinə təşəkkür eləməsi "FutbolPress"in diqqətindən yayınmadı. 

Adətən, Kaxanın uğursuzluq məqamındakı əsəbi, eqosentrik mahiyyəti onun centlmenliyi və intellektual kimliyini ört-basdır eləyərdi... Adamın  xarakteri narazılıqlar yaratmışdı, ancaq parlaq tərəfi gördüyü işin peşəkar və məhsuldar olmasında idi. Kaxa getmək ərəfəsində çox müdrikanə jestləriylə diqqət çəkir...
 
2009-cu ildən "İnter"i çalışdıran və ilk mövsümdəcə komandasını ölkə çempionu edən Kaxaber Sxadadzeni nə qədər aqressiv tanısaq da, onun həm də futbolu nə qədər sevdiyini, peşəsinə hörmət elədiyini və Azərbaycan futbolunda nadir romantiklərdən olduğunu bildik.

Hələlik, Kaxa!

Kaxaber Sxadadze "İnter"də 

Azərbaycan çempionu - 1 dəfə (2009/10)
Gümüş medalların sahibi - 2 dəfə (2008/09, 2013/14)
Bürünc müdalların sahibi - 2 dəfə (2011/12, 2012/13) 
Azərbaycan Kubokunda ikinci yer - 1 dəfə (2010/11)

 





oxunma sayı: 516 | Paylaş:




?>