')

Bu gün:


FutbolPress.Az | "Simurq"un qolu qeydə alınmadı, Çixradze hakimə hücum çəkdi (VİDEO)

"Simurq"un qolu qeydə alınmadı, Çixradze hakimə hücum çəkdi (VİDEO)


oxunma sayı: 574 Paylaş:

FutbolPressHazırda Azərbaycan Kubokunun yarımfinalında Simurq" - "Qarabağ" matçı keçirilir. 

Cavab görüşü hakim səhvi ilə yadda qalıb. 

Qarşılaşmanın 5-ci dəqiqəsində meydan sahiblərinin hücumu zamanı Vüqar Mustafayev sağ cinahdan topu cərimə meydançasına ötürüb. Həmin anda oyundan kənar vəziyyətdə olan Samir Zərgərov topa toxuna bilməsə də, lazımlı mövqedə yer alan Draqan Çeran toru silkələyib.

Lakin yan hakim topun ilk olaraq Samir Zərgərova toxunduğunu zənn edib və bayrağı qaldırıb. Görüşün baş hakimi Orxan Məmmədov qolu qeydə almayıb. 

Bu zaman "Simurq"un baş məşqçisi Giorgi Çixradze texniki zonanı tərk edərək yan xətt hakiminin üzərinə şığıyıb. Köməkçi məşqçi və 4-cü hakimin səyi nəticəsində ara sakitləşib.

Həmin epizodun videogörüntüsünü təqdim edirik: 


oxunma sayı: 574 | Paylaş:




?>