')

Bu gün:


FutbolPress.Az | "Sadıq Sadıqovun haqq-hesabları tər-təmizdi"

"Sadıq Sadıqovun haqq-hesabları tər-təmizdi"


oxunma sayı: 611 Paylaş:

FutbolPress"Neftçi"nin prezidenti postundan istefa verəndən sonra Sadıq Sadıqovun həbs ediləcəyi haqda redaksiyamıza daxil olan məlumatı dərc edəndən əvvəl də, sonra da bunu sözügedən şəxslə dəqiqləşdirə bilmədik.

Açıqlama verməkdən boyun qaçıran Sadıqovun yaxın ətrafının məsələdən narahat olduğu da redaksiyamıza gələn zənglərdən məlum oldu.
Ancaq məhz SOCAR-dan adının açıqlanmasını istəməyən səlahiyyətli şəxsin mövqeyini dərc eləməyi lazım bildik. Çünki Sadıqovun 5 ildən çox prezident olduğu müddətdə 10 milyon pulun "yoxa çıxması" barədə xəbərə məhz neft şirkətinin ayınlıq gətirməyinə də ehtiyac var idi.

Adının çəkilməyini istəməyən subyektin açıqlamasını olduğu kimi təqdim edirik:

"Saytınıza hörmətlə yanaşırıq. Bu gün oxudum ki, Sadıq Sadıqov 10 milyon pul yeyintisinə görə həbs olunacaq. Şəxsən mən, SOCAR-ın məsul şəxsi kimi deyə bilərəm ki, qurumdan "Neftçi"yə verilən büdcənin qəpiyinə qədər nəzarət edilib və hər şey şəffaf olub. Odur ki, hansısa qüvvələrin Sadıqovun adı ilə "Neftçi"yə, dolayısıyla dövlət əhəmiyyətli quruma böhtan atmaq kampaniyasını pisləyirəm. Sizin redaksiyadan da xahiş edirəm ki, fikirlərimi dəqiqliklə dərc eləysiniz. Nə Sadıq Sadıqov, nə də klubun maliyyə işini görən heç bir şəxs qərarları tək verməyib, burada işlər kolleqial həll olunub, SOCAR-dan da çıxan pullar tam peşəkar formada, nəzarətlə kluba təhvil verilib, klub da bütün xərclərin hesabatını vaxtında quruma təqdim edib. Ümid edirəm ki, "Neftçi" daha da uğurlu bir vaxta qədəm qoyur. Sadıqov da həmin komanda ilə birgədir. Mən konkret bildirə bilərəm ki, Sadıq Sadıqovun haqq-hesabları tər-təmizdi".

Biz də ümid edirik, ictimaiyyət də, yəqin ki... Hər halda, "Neftçi"nin əmlakı şəxsi əmlak deyil və burada xərclərin nə cür aparılması şəffaf olmalıdı.
Məlumatı da bizə işin içində olmuş şəxslərdən biri ötürdüyü üçün uzun müddət idi ki, Sadıqovla bunu dəqiqləşdirmək istəyirdik. Hər halda, Sadıqov danışmamaqda israrlı olsa da, məsul qurumun məsul şəxsinin açıqlamasını təqdim etdik.


oxunma sayı: 611 | Paylaş:




?>