')

Bu gün:


FutbolPress.Az | ŞOK! Sadıq Sadıqov həbs oluna bilər

ŞOK! Sadıq Sadıqov həbs oluna bilər


oxunma sayı: 1383 Paylaş:

FutbolPress"Neftçi"dəki struktur dəyişikliyindən xəbərimiz var. Prezident Sadıq Sadıqov istefa verdi, az sonra klub rəsmən "xəritə dəyişikliyinə" getdi. İdarəçilikdə prezident və vitselik ləğv edildi.

Xalq yazıçısı, nüfuzlu şəxs Çingiz Abdullayev Müşahidə Şurasına sədr seçilməklə, şuraya 7 üzv toplandı.

Sadıq Sadıqov da üzvdür.

Redaksiyamıza daxil olan məlumata görə, Sadıqovun həbsi gözlənir. Onun 5 il 3 ay "Neftçi" prezidentliyi dövründə 10 milyondan çox pul yeyintisində təqsirli bilindiyi iddia edilir.

Ümumiyyətlə, SOCAR-dan klubun büdcəsinə ayrılan maliyyədə naməlumluqların çox olduğu aşkarlanıb. Bu məsələ bir müddət əvvəldən ciddi hal almağa başlasa da, ilk cəhdlərdən Sadıqovu xilas etmək mümkün olub. Bir neçə ay əvvəl həbs təhlükəsi yaranıb və bu haqda kluba məlumat daxil olub. Lakin "yuxarıların" müdaxiləsi ilə məsələ ört-basdır edilib.

Ancaq "Neftçi"dəki maliyyə naməlumluğu SOCAR-ın araşdırmasındadı və proses davam edir.

Əgər "yoxa çıxan pullar" haqda açıqlamalar ortaya çıxmazsa, Sadıqovun həbsi qaçılmaz olacaq.

Bu barədə Sadıqovun özü ilə danışmaq isə mümkün olmur. Əlaqə cəhdlərimiz nəticəsiz qalır.


Sadıq Sadıqov rəhbər olduğu dönəmdə "Neftçi" aşağıdakı nəticələri əldə edib:

Azərbaycan çempionu: 3 dəfə (2010/11, 2011/12, 2012/13),
Ölkə kubokunun qalibi:  2 dəfə (2012/13, 2013/14)
Avrokuboklarda qrupa yüksələn ilk Azərbaycan klubu: Avropa Liqası (2012/13)
Matçlar: 219. 104 qələbə,  62 heç-heçə, 53 məğlubiyyət.
Qollar: 306 vurulan, 200 buraxılan 


oxunma sayı: 1383 | Paylaş:




?>