')

Bu gün:


FutbolPress.Az | David Silva ölümdən döndü (VİDEO)

David Silva ölümdən döndü (VİDEO)


oxunma sayı: 606 Paylaş:

FutbolPressDünən İngiltərə Premyer Liqasının XXXIII turunda keçirilən "Mançester Siti" - "Vest Hem" matçında meydan sahiblərinin yarımmüdafiəçisi David Silva ciddi xəsarət alıb. 

 Matçın 67-ci dəqiqəsində qonaqların oyunçusu Şeyx Kuyatenin dirsək zərbəsindən sonra “şəhərlilər”in ispaniyalı futbolçusu huşunu itirib.

Tibbi personallar futbolçunu özünə gətirmək üçün 8 dəqiqə mübarizə aparıblar. David Silvanın vəziyyətinin ağır olduğunu görən “ağ xalatlılar” xərəkdə futbolçuya süni nəfəs verən kislarod balonu qoşublar.

Bundan sonra ispaniyalı futbolçu təcili tibbi yardımla xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti stabildir.



manchester city v. west ham united David Silva... by mszabi


oxunma sayı: 606 | Paylaş:




?>