')

Bu gün:


FutbolPress.Az | AZAL-ın vitse-prezidenti : "Həmin oyunda hakimlər 3 xalı əlimizdən aldı" (MÜSAHİBƏ)

AZAL-ın vitse-prezidenti: "Həmin oyunda hakimlər 3 xalı əlimizdən aldı" (MÜSAHİBƏ)


oxunma sayı: 573 Paylaş:

FutbolPressSabah Azərbaycan Premyer Liqasının XXVIII turunda AZAL evdə "Qəbələ"ni qəbul edəcək. Avropa Liqasına vəsiqə verən 4-cü pillə uğrunda mübarizə aparan komandalar arasındakı görüş maraqla gözlənilir. 

Matçöncəsi paytaxt klubunun idman üzrə vitse-prezidenti Fikrət Hüseynov "FutbolPress"in suallarını cavablandırdı. Klub rəsmisi ötən tur "Simurq"a məğlubiyyət haqda fikirlərini bölüşdü, komandanın III dövrədəki çıxışını dəyərləndirdi, gələcək taleyi və.s haqda danışdı.


- Ötən tur AZAL IV yer uğrunda əsas rəqiblərdən biri olan “Simurq”a uduzdu. İstərdik bu oyun haqda danışasız...
- Oyunu izləmişəm. Təəssüf ki, belə həlledici oyunda uduzduq. “Simurq”la matçda bizə heç-heçə də kifayət edirdi. Məğlubiyyət avrokubok şanslarımızı biraz azaltdı. Burda həm də vura bilmədiyimiz penaltini nəzərə almaq lazımdı. Həmin epizod bəlkə də matçın qırılma anı oldu. Lakin bu futboldu, məğlubiyyətlər də olur, qələbələr də. Avrokubok şanslarımız tam itirilməyib.

- Oyunda müdafiəçi Aleksandr Şimonayev öz qapısına penalti qazandırdı. Epizodla bağlı nə deyə bilərsiz?
- Həmin epizodu müzakirə eləmək istəmərəm. Düzünü desəm, dəqiq baxmamışam. Bu, hakimlərin və Hakimlər Komitəsinin əlində olan məsələdi. “Simurq”la oyundakı idarəçilikdən narazı deyilik. Ümumiyyətlə biz hakimlər haqda az danışırıq. Bu mövsümdə yalnız bir dəfə belə hal yaşanıb. O da II dövrədə “Qəbələ” ilə öz meydançamızdakı 3:3 hesabı ilə bitən görüş. Həmin oyunda hakimlər 3 xalı əlimizdən aldı. Rəqibin oyunçusu açıq-aşkar əllə oynayandan sonra 2-ci, daha sonra olmayan penaltidən 3-cü qolu vurdu. O matçda hakim səhvləri olmasaydı, indi biz turnir cədvəlində “Qəbələ”ni qabaqlayırdıq. Hakimlərin də bacardığı budu.

- Sabah da sizi məhz “Qəbələ” ilə çətin sınaq gözləyir. Roman Qriroqçukun komandası son zamanlar inamlı çıxışı ilə seçilir. Sabahkı oyundan gözləntiləriniz nədi?
- “Qəbələ”yə qarşı oyunlar hər zaman çətin keçir. Sabah meydana yalnız qələbə üçün çıxacağıq. Əgər bunu bacarsaq 4-cü yer tutmaq şanslarımız olacaq. Bu il onlardan 3 oyunda 7 xal almışıq. Bu da baş məşqçimizin “Qəbələ”nin oynadığı oyuna bələd olmasından xəbər verir. Amma rəqib son 4 oyunda qalib gəlib. Roman Qriqorçuk təzə gələndə vaxt istəmişdi. İndi isə o, komandanı formalaşdırmaq üzrədi. “Qəbələ” hardasa 60-70% öz oyununu tapıb, özünə gəlib.

- AZAL qış fasiləsindən sonra 8 matçda 14 xal qazandı. Ümumilikdə komandanın III dövrədəki çıxışından razı qaldızmı?
- Tam olmasa da, razı qaldım. Yeni komanda qurmuşuq. Hər komandaya vaxt lazımdı. 12-13 nəfər oyunçunu dəyişmişik, onların formalaşması, baş məşqçinin sxeminə uyğunlaşması zaman tələb edir. Bu gün biz IV pilləyə oynayırıqsa, bu çox şeydən xəbər verir. Yaxşı oyun nümayiş etdiririk. Topu özümüzdə saxlamaqla, mübarizə futbolu oynayırıq. Ötən illərdəki kimi topu hara gəldi vurmuruq, 3, 4, 5 top buraxıb uduzmuruq. Güclü rəqiblərə layiqli müqavimət göstəririk. Məsələn, bu dövrədə “İnter”lə heç-heçə elədik, “Qarabağ” və “Neftçi”yə minimal hesabla uduzduq. Bir görüşdə isə “Neftçi”ni məğlub da elədik. Bunlar hamısı inkişafdan xəbər verir.

- Mövsümün əvvəlində qarşıya qoyulan hədəfə çatmasaz komandada ciddi dəyişikliklər gözlənilirmi?
- Düşünürəm ki, ciddi dəyişikliklər olmayacaq. Biz ən azı bu komandanı ikillik qurmuşuq. Bəzi mövqeləri gücləndirmək istəyirik. Ona görə də zəif çıxış edənlər komandadan göndəriləcək. Ola bilər 3, ola bilər 4 və ya 5 nəfər. Bu, mövsümün sonundan asılıdı.

- Bəs baş məşqçi Tərlan Əhmədovla bağlı planda dəyişiklik gözlənilirmi?
- Bu haqda danışmaq hələ tezdi. Tərlan Əhmədovla 2016-cı ilin yayına qədər müqaviləmiz var. Onun işindən razıyam. Baş məşqçinin istədiyi bəzi mövqeləri gücləndirməyə çalışacağıq. O, müqavilə bitənə kimi komandamızda olacaq.

- AZAL-ın idarəçilik sistemində dəyişiklik gözlənilirmi?
- İdarəçiliklə bağlı hər hansı dəyişiklik planımız yoxdu. Müşahidə Şurasını nəzərdə turursuzsa, bu artıq bizdə var. “Neftçi”də indi yaradılıb, bizdə isə 1 ilə yaxındı fəaliyyət göstərir. Əvvəl bu “Sumqayıt”da yaradıldı, sonra da bizdə.


oxunma sayı: 573 | Paylaş:




?>