')

Bu gün:


FutbolPress.Az | Topla ən sürətli qaçan 10 futbolçu (SİYAHI)

Topla ən sürətli qaçan 10 futbolçu (SİYAHI)


oxunma sayı: 1376 Paylaş:

FutbolPressMeksikanən “Paçuka” klubu FIFA-nın razılığı ilə topla ən sürətlə qaçan futbolçuların siyahısını tərtib edib.

AS-ın məlumatına görə, birinci yerdə “Real” Madrid və Uels millisinin üzvü Qaret Beyl qərarlaşıb. Beyl topa nəzarət etməklə saatda 36,9 km sürət yığa bilir.

İkinci pillənin sahibi isə “Paçuka”nın üzvü Yurgen Dammdır. Onun sürəti 35,23 km/saatdır. İlk “üçlüy”ü isə “Mançester Yunayted”in üzvü Antonio Valensiya qapayır - 35,1 km/saat.


İlk "10-luq"

1) Qaret Beyl ("Real" Madrid) - 36,9 km/saat
2) Yurgen Damm ("Paçuka") - 35,23 km/saat
3) Antonio Valensiya - 35,23 km/saat
4) Aaron Lennon (“Tottenhem”) - 33,8 km/saat
5) Kriştianu Ronaldo (“Real” Madrid) - 33,6 km/saat
6) Teo Uolkott (“Arsenal”) - 32,7 km/saat
7) Lionel Messi (“Barselona”) - 32,5
8) Ueyn Runi (“Mançester Yunayted”) - 31,2 km/saat
9) Frank Riberi (“Bavariya”) - 30,7 km/saat
10) Serxio Ramos (“Real” Madrid) - 30,6 km/saat


oxunma sayı: 1376 | Paylaş:




?>