Türk futbolçu Avropa nəhənglərinin maraq dairəsində
Paylaş:
"Bayer" Leverkuzenin formasını geyinən Hakan Çalhanoğlu bir neçə klubun maraq dairəsindədi.
"Tuttosport"un məlumatına görə, "Barselona", "Arsenal" və "Liverpul"dan sonra "Roma" ilə "Yuventus" da Türkiyə millisininin üzvü uğrunda mübarizəyə qoşulub.
Ötən mövsüm "Hamburq"dan 14,5 milyon avroya Leverkuzen klubuna keçən futbolçunun mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.
Bu mövsüm Bundesliqada 25 matçda meydana çıxan Çalhanoğlunun aktivində 5 qol, 4 məhsuldar ötürmə var.
| Paylaş: