Azərbaycan millisi Serbiya ilə qarşılaşa bilər
Paylaş:
AVRO-2016-nın seçmə mərhələsində iyunun 12-də səfərdə Norveçin qonağı olacaq Azərbaycan milli komandası bu oyundan öncə yoldaşlıq görüşündə qüvvəsini sınamağı planlaşdırır.
Bu məqsədlə AFFA Serbiya Futbol Federasiyası ilə danışıq aparır. Bu barədə qurum saytı xəbər yayıb.
Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə Azərbaycan – Serbiya yoldaşlıq oyunu millimizin təlim-məşq toplanışında olacağı Avstriyada keçiriləcək.
| Paylaş: