')

Bu gün:


FutbolPress.Az | "Neftçi" rəsmisi Sadıq Sadıqovla bağlı xəbərlərə münasibət bildirdi (AÇIQLAMA)

"Neftçi" rəsmisi Sadıq Sadıqovla bağlı xəbərlərə münasibət bildirdi (AÇIQLAMA)


oxunma sayı: 332 Paylaş:

FutbolPress"Bu məlumatları mən də saytlardan oxumuşam. Mənim heç nədən xəbərim yoxdu, hələlik rəsmi məlumat verilməyib".

Bunu "FutbolPress"ə açıqlamasında "Neftçi"nin prezident müşaviri Elnur Əşrəfoğlu dedi.

Klub rəsmisi prezidenti Sadıq Sadıqovun vəzifəsindən getməsinin və onun yerinə Çinfiz Abdullayevin təyin olunmasından xəbərsiz olduğunu bildirdi:

"Çox məlumat yayıldı. Amma xəbərlər doğru deyil. Yalnız onu deyə bilərəm ki, əvvəllər “Neftçi”nin sponsporu “Azərneftyağ” zavodu idi. Zavodun bağlanmasından sonra kluba yeni sponsor axtarıldı. Bundan sonra klub "Neftçi İdman Klubu" İctimai Birliyinin nəzninə verildi. Oranın da rəhbəri Sadıq Sadıqovdu. Bununla bağlı bəzi bizamnamə və struktur dəyişiklikləri gözlənilir. Həmin dəyişikliklə bağlı da ictimaiyyətə əlavə məlumat veriləcək.  Onun istefa verməsi haqda məlumatım yoxdu". 

Elnur Əşrəfoğlu onun prezident müşaviri vəzifəsindən getmədiyini açıqladı: 

"Mənim vəzifəni tərk etməyim barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".


oxunma sayı: 332 | Paylaş:




?>