"Neftçi"nin prezidenti istefa verdi
Paylaş:
Bu gün “Neftçi”nin prezidenti Sadıq Sadıqov istefa verib.
Postunu tərk edən Sadıq Sadıqovun özünün bununla bağlı yaxın saatlarda açıqlama verəcəyi gözlənilir.
Sadıq Sadıqov Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “ağ-qaralar” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub.
"Flaqman" Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də məhz onun rəhbərlik etdiyi dövrdə qazanıb.
Mənbə: qol.az
| Paylaş: