"Fənərbağça"dan transfer bombası: Robin van Persi İstanbul yolunda
Paylaş:
Mövsümboyu hücum xəttində problemlərlə üzləşən "Fənərbağça" yayda transfer bombasını partlatmaq niyyətindədi.
"Sarı bülbüllər" "Mançester Yunayted" və Hollandiya millisnin ulduz futbolçusu Robin van Persini hetəyinə qatmaq istəyir.
Mövsümün sonunda Dirk Küyt və Musa Sou ilə yollarını ayıracaq İstanbul klubu onlara 31 yaşlı forvardı alternativ görür. Persini razı salmaqçün "Fənərbağça" Dirk Küytün köməkliyindən də yararlanmaq niyyətindədi.
Yerli mətbuatın yazdığına görə, klub hollandiyalıya 3 illik müqavilə təklif edəcək.
Robin van Persi bu mövsüm 10 qol vurub.
| Paylaş: