Cəbəllütariqdən tarixi qol
Paylaş:
AVRO - 2016-nın seçmə mərhələsində səfərdə Şotlandiya ilə qarşılaşan Cəbəllütariq millisi tarixi qol vurub.
Matçın 20-ci dəqiqəsində Li Kaysaro fərqlənməklə komandasının rəsmi oyunlarda ilk qolunun sahibi olub.
Beş oyundan sonra qapısından 27 qol buraxan Cəbəllütariq xal qazana bilməyib.
2013-cü ildən UEFA-nın üzvü olan "cırtdan" ölkə dünənki oyunda 6:1 hesabı ilə məğlub olub.
| Paylaş: