')

Bu gün:


FutbolPress.Az | AVRO - 2016: Almaniya və Portuqaliya qalib gəldi, İrlandiya "sülh" 

AVRO - 2016: Almaniya və Portuqaliya qalib gəldi, İrlandiya "sülh" 


oxunma sayı: 348 Paylaş:

FutbolPressBu gün AVRO-2016-nın seçmə mərhələsində V turuna yekun vurulub. 

Daha 3 qrupda 8 qarşılaşma baş tutub.

Almaniya səfərdə Gürcüstanın qonağı olub. Bu matç həm də eyni zamanda Bakı “İnter”i çalışdıran Kaxaber Sxadadzenin millidə ilk seçmə oyununa çıxıb. Görüş "bundestim"im 0:2 hesablı qələbəsilə bitib. 

D qrupunun lideri Polşa İrlandiyaya səfər edib. Görüşdə hərəyə 1 dəfə fərqlənən komandalar meydanda “sülh bağlayıb" – 1:1.

Rumıniya Farer adalarını 1:0, Şimali İrlandiya Finlandiyanı 2:1 hesabı ilə məğlub edib. Macarıstan – Yunanıstan matçı isə qolsuz bərabərliklə başa çatıb – 0:0.

Albaniya evdə Ermənistana gücünü göstərib. Meydan sahibləri hesabda geri olmasına baxmayaraq, əzmkar qələbə (2:1) qazanıb.

Bu görüşdə “Qarabağ”ın futbolçusu Ansi Aqolli də iştirak edib. Start heyətdə meydana çıxan müdafiəçi 90 dəqə forma geyinib.

Portuqaliya Serbiya ilə münasibətlərinə aydınlıq gətirib. Fernandu Santuşun yetirmələri 2:1 hesablı qələbəyə sevinib.

AVRO-2016-nın seçmə mərhələsi, V tur
29 mart


D qrupu

21:00. Gürcüstan – Almaniya  - 0:2

Qollar: Marko Roys, 39 (0:1), Müller, 44 (0:2)

21:00. Şotlandiya – Cəbəllütariq - 6:1
Qollar: Maloney, 18-pen (1:0), Kaskiaro, 20 (1:1), Fletçer, 29 (2:1), Maloney, 34-pen (3:1), Naisimith, 39 (4:1), Fletçer,  77 (5:1), 90 (6:1)

23:45. İrlandiya - Polşa - 1:1
Qol: Pesko, 26 (0:1), Long, 90+1 (1:1


N Komanda O Q H M T-F Xal
1. Polşa 5 3 2 0 16:3 11
2. Almaniya 5 3 1 1 9:4 10
3. Şotlandiya 5 3 1 1 11:5 10
4. İrlandiya 5 2 2 1 11:4 8
5. Gürcüstan 5 1 0 4 4:9 3
6. Cəbəllütariq 5 0 0 5 1:27 0


F qrupu

21:00.  Şimali İrlandiya- Finlandiya - 2:1
Qollar: Lafferti, 33 (1:0), 38 (2:0), Sadik, 90+1 (2:1)

21:00. Rumıniya – Farer adaları - 1:0
Qol: Keşeru, 21 (1:0)

23:45. Macarıstan - Yunanıstan - 0:0


N Komanda O Q H M T-F Xal
1. Rumıniya 5 4 1 0 7:1 13
2. Şimali İrlandiya 5 4 0 1 8:4 12
3. Macarıstan 5 2 2 1 4:3 8
4. Finlandiya 5 1 1 3 5:7 4
5. Farer adaları 5 1 0 4 2:7 3
6. Yunanıstan 5 0 2 3 1:5 2


İ qrupu

21:00. Albaniya - Ermənistan - 2:1
Qollar: Movsisyan, 4 (0:1), Mavraj, 77 (1:1), Qaşi, 81 (2:1)
Qırmızı vərəqə: Hambartsumyan, 70 (Ermənistan)

23:45. Portuqaliya – Serbiya - 2:1
Qol: Karvalyo, 11 (1:0), Matiç, 62 (2:1), Koentrao, 64 (2:1)


N Komanda O Q H M T-F Xal
1. Danimarka 4 2 1 1 6:4 7
2. Albaniya 4 2 1 1 4:5 7
3. Portuqaliya 3 2 0 1 2:1 6
4. Serbiya 3 1 1 1 5:4 1
5. Ermənistan 4 0 1 3 3:6 1


oxunma sayı: 348 | Paylaş:




?>