')

Bu gün:


FutbolPress.Az | 388 gün sonra qazanılan qələbə, 533 gün sonra gələn üç xal

388 gün sonra qazanılan qələbə, 533 gün sonra gələn üç xal


oxunma sayı: 236 Paylaş:

FutbolPressBu gün Azərbaycan milli komandası AVRO - 2016-nın seçmə mərhələsinin V turunda Maltanı qəbul etdi.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə "ay-ulduzlular" rəqibini Cavid Hüseynov və Dmitri Nazarovun qolları ilə məğlub elədi. 

Bununla da 2015-ci ilin ilk rəsmi matçında qələbə qazanan yığma 7 matçlıq qələbəsiz seriyanı qırdı. Son dəfə 2014-cü il martın 5-də Dubaydakı yoxlama oyununda Filippini minimal hesabla məğlub edən komanda 388 gün sonra qələbəyə sevindi.

Bugünki görüşədək Azərbaycan milisi seçmə mərhələlərdəki son qələbəsini 2013-cü ilin oktyabrın 11-də dünya çempionatının seçmə mərhələsində qazanmışdı. Həmin vaxt Berti Foqtsun komandası Şimali İrlandiyanı 2:0 hesabı ilə məğlub edərək hesabına 3 xal yazdırmışdı. Bu isə o deməkdi ki, milli düz 533 gün sonra seçmə mərhələdə üç xal qazandı.

Avropa çempionatının seçmə mərhələlərində isə milli komanda sonuncu dəfə 2011-ci ilin sentyabrın 6-da evdə "Qazaxıstan"ı məğlub etmişdi. Bugünkü qələbə ilə yığma qitə çempionatının seçmə mərhələlərindəki 6 oyunluq məğlubiyyət seriyanı da sonlandırıb.


oxunma sayı: 236 | Paylaş:




?>