')

Bu gün:


FutbolPress.Az | EKSKLÜZİV! "Qәbәlә"nin yay transfer bombası hazırlanır

EKSKLÜZİV! "Qәbәlә"nin yay transfer bombası hazırlanır


oxunma sayı: 1201 Paylaş:

FutbolPressRoman Qriqorçukun gəlişindən sonra iddiasını artıran “Qəbələ” yayda heyətini gücləndirmək və növbəti mövsümdən çempionluq uğrunda mübarizə aparmaq niyyətindədi.

FutbolPress” eksklüziv xəbər verir ki, “qırmızı-qaralar” mövsümün sonunda daha iki legioneri transfer edə bilər.

Bunlar konqolu hücumçu Junior Kabananqa və seneqallı müdafiəçi Pape Abdulayedi. 

Junior Kabananqa 1989-cu ilin aprelin 4-də Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada doğulub. Juniorun ilk klubu yerli “Etançeyte” olub. O, 2010-ci ilin yayında Belçika “Anderlext”inə transfer olunub. Yarım mövsüm keçirdiyi cəmi 5 oyunda cəmi bir qol vuran gənc futbolçu növbəti qışda icarə əsasında “Jerminal"a keçib. Lakin o özünü burda da yaxşı tərəfdən göstərə bilməyib – 3 oyun, 0 qol. 2011/12 mövsümündə də “Anderlext”in heyətində meydana çıxa bilməyən Junior 2012-ci ilin yayında “Roeslar”a transfer olunub və burda bir mövsümdə meydana çıxdığı 29 oyunda 5 qol vurub. 2013-cü ilin yayında isə afrikalı forvard “Brügge”yə keçib. İlk mövsümdə 34 oyuna 5 dəfə fərqlənən Kabananqa bu mövsüm meydana çıxmayıb. Hücumçu həm də Konqo millisinə çağırılıb və Afrika Millətlər Kubokunda iştirak edib.


Mövsüm Klub Oyun Qol
14/15 Brügge (Belçika) - -
13/14 Brügge (Belçika) 34 5
12/13 Roeslar (Belçika) 29 5
11/12 Anderlext  (Belçika) 0 0
10/11 Jerminal - İcarə (Belçika) 3 0
10/11 Anderlext (Belçika) 5 1
2010 Etançeyte (Konqo DR) - -
2009 Etançeyte (Konqo DR) - -
2014 - Milli komanda 3 1
Ümumi 71 11

Pape Abdulaye isə 1992-ci il, dekabrın 22-də Seneqalda doğulub. 2011-ci ildə Slovakiya “Treşin”inə transfer olunan müdafiəçi 8 dəfə oyun keçirib. 2013-cü ilin yayında isə Belçika “Antverpen”inə keçib. Həmin ilin yanvarına kimi cəmi 10 oyun keçirən gənc futbolçu mövsümün qalan hissəsini icarə əsasında “Oostervik”də keçirib. O burda 11 dəfə meydanda olub. 2014-15 mövsümündə isə Abdoulaye “Antverpen”in əsas oyunçusuna çevrilib və 23 görüşdə komandasına kömək edib. 

Mövsüm Klub Oyun Qol
14/15 Antverpen (Belçika) 23 0
13/14 Oostervik - İcarə (Belçika) 11 0
13/14 Antverpen (Belçika) 10 0
11/12 “Trençin” (Slovakiya) 8 0


oxunma sayı: 1201 | Paylaş:




?>