')

Bu gün:


FutbolPress.Az | İtaliya klubu 40 milyon avroya Azərbaycanı reklam edəcək? (FOTO)

İtaliya klubu 40 milyon avroya Azərbaycanı reklam edəcək? (FOTO)


oxunma sayı: 618 Paylaş:

FutbolPressİtaliya Seriya A təmsilçisi "Latsio" "Atletiko Madrid", "Lans" və "Şeffild Uensday"dan sonra "Land of fire Azerbaijan" şüarını reklam edən dördüncü klub ola bilər. 

Son zamanlar ölkə çempionatında uğurla çıxış edən və Çempionlar Liqasına vəsiqə qazanmaq üçün əsas namizəd olan Roma klubu qarşıdakı üç ildə formasında ölkəmizi reklam eləmək istəyir.

Tərəflər arasında danışıqlar dövlət səviyyəsində aparılır. Danışıqların ilkin mərhələsinə martın 5-i, Heydər Əliyev Fondunun prezidenti və Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın "Baku - 2015"in İtaliya paytaxtındakı təqdimatı zamanı start verilib. Hazırkı mərhələyə isə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov başçılıq edir.

Əgər razılıq əldə olunarsa, Azərbaycan höküməti "Latsio"ya ilkin olaraq 12 milyon, 3 il ərzidə isə 40 milyon avro ödəyəcək. Lakin müqavilənin ilkin mərhələsində formalarda "Land of fire Azerbaijan" yox, "Baku - 2015" yazılacaq.



oxunma sayı: 618 | Paylaş:




?>