')

Bu gün:


FutbolPress.Az | Rövnəq Abdullayev: "Aclıqda insan daha çox irəliləyir" (MÜSAHİBƏ)

Rövnəq Abdullayev: "Aclıqda insan daha çox irəliləyir" (MÜSAHİBƏ)


oxunma sayı: 571 Paylaş:

FutbolPress“İcraiyyə Komitəsinin iclası bitdi. İclas çox ağır keçdi. Federasiyanın gördüyü işlər haqda ətraflı çıxışlar oldu. Materiallar hamıya şəffaf şəkildə təqdim olundu. Əsas fikir ayrılığına səbəb olan qərar 21 və 23 yaşlı futbolçuların maaşları ilə bağlı limit məsələsi oldu”. 

Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev bukünki İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında dedi. 

Federasiya rəhbəri iclasda qəbul olunan qərarları açıqladı:

"Ən mühüm qərar 21-23 yaşlı futbolçuların maaşlarına limit qoyulması ilə bağlı oldu. Klublar Komitəsinin və Məşqçilər Komitəsinin tövsiyələrini nəzərə alaraq, 21 və 23 yaşlı futbolçuların maaşına limit qoyduq. 21 yaşlı futbolçu maksimum ildə 30 min, 23 yaşlı futbolçu isə 50 min qazana bilər. Əgər həmin futbolçu millinin üzvüdürsə, klub 50 faiz artıra bilər. Bununla da qiymətlərin süni şəkildə artırılmasının qarşısını aldıq və klublara böyük köməklik eləmiş olduq. İkinci qərar iə çempionatın tatım hüququ ilə bağlı idi. Gələn mövsüm çempionatın oyunlarının yayımı üçün tender keçiriləcək. Yayımı udan, tenderdə qalib gələn hər hansı qurum yayımı həyata keçirəcək və gəlir klublar arasında eyni bölünəcək. Gələcəkdə isə klubların reytinqinə görə yayım haqqı müəyyənləşəcək. Bir çox ölkələrdə məhz belədi".

- Daha sonra Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırdı:

- Hesabatda Almaniya Futbol Məktəbinə xərclənən vəsait qeyd olunub. Bu layihə nə dərəcədə effektli oldu?
- Bu layihə I vitse-prezident Rauf Əliyevindi. Görürəm ki, çox effekt vermir. Tapşırıq vermişəm ki, özlərini sübut eləməsələr ilin sonunda dayandırılsın. Gələn ilin yanvarın 1-dən dayandırılacaq. Onlar layihəyə başlayanda 10 oyunçu ortaya çıxaracaqlarını demişdi, amma çıxmadı. Əsas istəyimiz orda yaşayan azərbaycanlı türklərin futbola cəlb eləməsilə bağlı idi. İstəyirdik ki, həmin cavan oyunçuları gələcəkdə milliyə cəlb edək Bir neçə nəfəri cəlb elədik. 

- 2009-cu ildəki “Neftçi” – “Turan” oyununun "satılması" haqda məlumatlar yayılmışdı. Amma sonra siz yayılan söz-söhbəti təkzib etdiniz. Buyaxınlarda isə Elxan Məmmədov həmin oyunu "biabırçı qarşılaşma" adlandırdı. Bu nəyə xidmət edir?
- Elxan müəllim elə deməyib. Həmin açıqlamanı oxumuşam. Düzdür, həmin oyunla bağlı şübhəmiz var idi. Bizdə "döyülən" komandalar var idi. Yəni, birillik Premyer Liqaya vəsiqə qazanırdılar, amma sonradan bütün oyunları uduzub, çempionata maneçilik edib çıxırdılar. Həmin oyunla bağlı da şübhələr var idi. Belə bir şey olmasın deyə, komandaların sayını 12-dən 10-a endirdik. İndi görürsüz ki, çempionatda həmişə uduzan komanda yoxdu. çempionatın səviyyəsi qalxıb, şübhələr aradan qalxıb. 

- Legioner limitində dəyişiklik gözlənilirmi?
- Bu barədə iclasda çox müzakirə apardıq. Amma limit dəyişilməyəcək, əvvəlki kimi qalacaq.

- Gələn mövsümdən çempionatda çıxış edəcək komandaların sayı hələlik bilinmir. Müxtəlif variantlar səsləndirilir. İkinci sual isə belədir ki, 4 ildə “Sumqayıt”ın gördüyü işlər sizi qane edirmi? Onlar milliyə futbolçu yetişdirəcəklərini söz vermişdilər...
- Çempionatda komandaların say 10 olaraq qalacaq. Söhbət lisenziyası olan klublardan gedir. Bu haqda UEFA ilə çoxlu danışıqlar olub. Amma lisenziya məsələsi ağırdı biraz. 2 komanda çempionatı tərk edəcək, əvəzində ikisi gələcək. Qaldı ki, “Sumqayıt”a, klub yaxşı oyunlar sərgiləyir və nəticələr qazanır. Aqil Məmmədov legionersiz komandada yaxşı çalışır. Bəlkə də bunu deməyim düz deyil, mən onların oyunlarına həvəslə baxıram. “Sumqayıt” milliyə 3 oyunçu verir ki, bu da pis nəticə deyil. 

- Ötən dəfəki İcraiyyə Komitəsinin iclasından sonra bildirmişdiz ki, U-21-in baş məşqçisi ən azı milli komanda səviyyəsində olmalıdı. Amma qısa müddət ərzində Yaşar Vahabzadə U-21-ə baş məşqçi gətirildi. Necə düşünürsüz, o əsas milli komanda səviyyəsində məşqçidi?
- Mən də istəyirdim ki, məşqçi yüksək səviyyəli olsun. Sonradan məşqçilər Komitəsi yaradıldı və onun namizədliyini irəli sürdü. Biz də razılaşdıq. Yaşar Vahabzadə özümüzünküdü, təcrübəlidi və yüksək səviyyəlidi. Prosineçki də onu bəyənib. 

- “Araz Naxçıvan” klubunun fəaliyyətini yenidən bərpa ediləcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Əgər onlar Premyer Liqaya qayıtmaqçün sizə ərizə ilə mürəciət eləsələr, buna razılıq verərsiz?
- Bu mümkün deyil. “Araz Naxçıvan” cəzalandırılıb. Qayıtmaq istəsələr, sıfırdan başlasınlar.

Sual Elxan Məmmədova: - Konfransın əvvəl "Hilton" olacağı qeyd olunmuşdu, amma son anda qərar dəyişildi. Səbəbi nə idi?
- Bəli, "Hilton"da keçirməyi qərara almışdıq. Amma sonradan zəng edib bizdən xahiş elədilər ki, orda kiminsə nişanı olacaq, icazə verirsiz? Biz də razılaşdıq, kiminsə şad gününə maneçilik törətmədik və "Park İnn"də keçirməyi qərara aldıq. 

- Futbola ildən-ilə daha çox vəsait yatırılır. Amma futbolumuz keçən illə müqayisədə zəifləyib, azarkeşlərin də sayı azalıb. Bununla bağlı tədbir görüləcəkmi?
- Zəifləməsini deməzdim. Bu fikirlə razı deyiləm. “Qarabağ”ın oyunlarında gördük ki, stadion necə dolur. Problem odu ki, daxili çempionatımıza maraq azdı. Bu mənim ən yaralı yerimdi. Bu da birbaşa klubların problemidi. Klublar "yerliçilik" faktorundan istifadə edə bilmir. Mən “Neftçi”yə işləyəndə biz stadionlara maksimum azarkeş cəlb edirdik. Yadınıza gəlirsə "neftçi" - "Qarabağ" oyununa 25 min azarkeş gəlmişdi. Ondan sonra Gəncədəki "Qızıl oyun"u 20 min adam izləmişdi. Həmin vaxt lotereyalar, maşın uduşları həyata keçirirdik ki, azarkeşlər çox olsunlar. Amma indi başqa cürdü. Yəqin klublara azarkeşsiz, gizli oynamaq rahatdı. Azarkeş olmayanda fitə basmırlar, istefaya səsləmirlər (gülür).

- PFL ola-ola Klublar Komitəsinin yaradılmasına nə ehtiyac var idi?
- Tam fərqli qurumlardı. Cin ayrı, şeytan ayrı. Onda Məşqçilər Komitəsi məşqçiləri əvəz edir? Peşəkar Futbol Liqası hüququ qurumdu, o çempionatı idarə edir. Bir ara klublar arasında münasibət pisləşmişdi, düşmən olmuşdular. Bir-biriləri ilə mətbuat vasitəsilə danışırdılar. Onları yığdıq bir araya ki, istəklərini bizə çatdırsınlar.

- “Bakı”ya AFFA tərəfindən yardım edilir. Ötən il kluba 228 min manat pul ayrılıb. Bu, nə vaxta kimi davam edəcək?
- “Bakı” bizə bank zəmanəti təqdim etmişdi. Biz o ödənişləri bankdan alıb, kluba ödədik. Bu mövsümlə bağlı heç bir problemləri yoxdu. Gələcəkdə necə olacaqsa, o sonranın işidi. Mən birillik zəmanət vermişdi, onu da ödədi. 

- Ola bilər ki, yayımla bağlı tenderi bizim heç bir kanalımız ala bilməyəcək. Alternativ variant fikirləşmisiz?
- Ala biləcək. Mən buna inanıram. Əgər ala bilməyəcəksə, bu hüququ pulsuz AzTV-yə verəcəyik (gülür). Bütün dünyada belədi ki, klublar gəlirlərinin 60 faizini yayımdan əldə edirlər.

- Azərbaycan Superkubok məsələsi hələ də yoluna qoyulmayıb...
- O problem deyildi. Sadəcə, vaxtla bağlı problemlə üzləşdik. Yəni o oyun üçün uyğun vaxt tapa bilmədik. Əvvəl klublarımız Avrokuboku birinci turdan tərk edirdilər, onda rahat idi. Amma indi klublarımız Avrokubokda mərhələ adlayırlar deyə, bunu reallaşdırmaq çətindi.

- AFFA-nın büdcəsi Ermənistanın dövlət büdcəsi ilə müqayisə edilir. Amma onlar nəticə verə bilirlər, biz isə yox... Həm də "2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" bitib. Amma proqramın son ilində Məşqçilər Komitəsi və Klublar Komitəsi yaradıldı. Bu nə ilə bağlıdı? Bu vaxtadək belə ideya irəli sürmək mümkünsüz idi?
- Birinci verdiyimiz kitabı oxuyun ki, o pul hara gedir, necə xərclənir, hamısı orda şəffaf şəkildə yazılıb. "Heç nə olmayıb" demək zəhmətimizə qiymət verməmək kimi bir şeydi. Qaldı ki, Ermənistan məsələsinə, razıyam. Aclıqda insan daha çox irəliləyir. Bir az toxluğumuz var. Amma nəticə yoxdu demək düzgün deyil. Bu qədər infrastruktur işləri aparılır, klub çempionatı da yaxşı keçirilir. Bütün region ölkələri çempionatımıza baxıb həsəd aparır.


oxunma sayı: 571 | Paylaş:




?>