')

Bu gün:


FutbolPress.Az | Əliyar Ağayev Almaniya millisinin oyununa təyinat aldı

Əliyar Ağayev Almaniya millisinin oyununa təyinat aldı


oxunma sayı: 421 Paylaş:

FutbolPressFIFA dərəcəli azərbaycanlı referi Əliyar Ağayev 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıb.

 27 yaşlı fit sahibi turnirin II qrupunun oyunlarını idarə edəcək.

Ağayev martın 26-da Slovakiya - Almaniya görüşünün baş hakimi olacaq. Ona Zeynal Zeynalov və belçikalı referi Tibo Nijsen köməklik edəcək.

Təcrübəli hakimin idarə edəcəyi figər oyun isə İrlandiya ilə Slovakiya arasında olacaq. Martın 31-də keçiriləcək görüşdə ona Zeynal Zeynalov və almaniyalı hakim Eduard Beytinqer köməklik edəcək.

Əliyar Ağayev martın 28-də keçiriləcək Almaniya - İrlandiya oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək.


26 mart

Slovakiya - Almaniya
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov (hər ikisi Azərbaycan), Tibo Nijsen (Belçika)
Dördüncü hakim: Conatan Lardot (Belçika)


28 mart

Almaniya - İrlandiya
Hakimlər: Jens Maye, Amir Sabiç (hər ikisi Danimarka), Zeynal Zeynalov (Azərbaycan)
Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)


31 mart

İrlandiya - Slovakiya
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov (hər ikisi Azərbaycan), Eduard Beytinqer (Almaniya)
Dördüncü hakim: Martin Petersen (Almaniya) 


oxunma sayı: 421 | Paylaş:




?>