')

Bu gün:


FutbolPress.Az | Tərlan Əhmədov "Neftçi" ilə heç-heçə qaldıqları oyundan danışdı

Tərlan Əhmədov "Neftçi" ilə heç-heçə qaldıqları oyundan danışdı


oxunma sayı: 102 Paylaş:

FutbolPress “Futbolçulara tapşırmışdım ki, mümkün qədər qol vurmaq lazımdır.  Bilirdim ki, gözəl oyun olmayacaq. Odur ki, futbolçulardan sırf nəticə tələb etmişdim".

Bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/4 finalında "Nefçti" ilə 0:0 hesablı qolsuz bərabərə qaldıqları matçdan sonra deyib.

Təcrbəli mütəxəssis hücumda çətinliklərlə üzləşdiyini bildirib:

"Düzdür, qol vura bilmədik. Amma komandanın oyunundan razı qaldım. Hücumda müəyyən çətinliklərimiz oldu. Çalışacağıq ki, bu problemləri aradan qaldıraq".

T. Əhəmdovun sözlərinə görə, bir həftə Bakıda olmamasına baxmayaraq, komandası proqram əsasında çalışıb:

"Mən olmadığım müddətdə görülən işdən razı qalmışam. Hər hansı bir nöqsan yoxdur”.


oxunma sayı: 102 | Paylaş:




?>