')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: "Oyunçularda yorğunluq hiss olunur"

Qurban Qurbanov: "Oyunçularda yorğunluq hiss olunur"


oxunma sayı: 148 Paylaş:

FutbolPress"Azərkeşlər üçün hardasa maraqlı oyun alındı. Çox qol gördük. Komandamı təbrik edirəm. Qarşıda hələ ikinci oyunumuz da var".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalında "Bakı"ya 3:0 hesablı qalib gəldikləri ilk matçdan sonra deyib.

O,  oyunların qrafikinin çox sıx olduğunu bildirib:

"Oyunçularda istər-istəməz yorğunluq hiss olunur. Biz çalışırıq ki, hazırlığımızı yüksək səviyyədə saxlayaq".

Tәcrübәli mütәxәssis  "Bakı"ya növbəti matçlarda uğurlar arzulayıb:

"İbrahim Uzunca ilə oyundan sonra söhbət etdik. Bu vəziyyətdə oynamaq, çalışmaq çox çətindir. Amma buna baxmayaraq, həm məşqçi, həm də gənc oyunçuları ürəklə işləyirlər. "Bakı"ya uğurlar arzulayıram". 


oxunma sayı: 148 | Paylaş:




?>