"Portu" və "Liverpul"un oyunçuları Azərbaycan millisi ilə oyuna çağırıldı
Paylaş:
Avropa çempionatının elit-raundunun II qrupunda mübarizə aparacaq Azərbaycanın U-17 yığmasının rəqibi olan Portuqaliya millisinin heyəti açıqlanıb.
Rəqib komandanın baş məşqçisi Filipe Ramos millimizlə oyunlar üçün 20 futbolçuya dəvət göndərib.
Azərbaycanın U-17 millisi II qrupda Portuqaliya ilə yanaşı, Serbiya və Xorvatiya yığmaları ilə mübarizə aparacaq. Elit raundun oyunları 17-22 mart tarixlərində keçiriləcək.
Qapıçılar: Karluş Alveş ("Rio Ave"), Fabio Duarte ("Benfika")
Müdafiəçilər: Abdu Konte, Bruno Paz ("Sportinq"), Bruno Pereyra ("Portu"), Qonçalo Vieyra ("Sportinq"), Yorge Pereyra ("Benfika"), Dioqo Dalot ("Padroense") Pedro Pereyra ("Benfika").
Yarımmüdafiəçilər: Bruno Lourenço ("Benfika"), Qedson Fernandes ("Benfika"), Moreto Kassama ("Portu"), Pedro Ferreyra ("Sportinq"), Rui Pires ("Portu").
Hücumçular: Generoso ("Portu"), İdrisa Sambu ("Portu"), Joao Mendeş ("Sportinq"), Joze Qomes ("Benfika"), Rui Pedro ("Portu"), Toni Qomes ("Liverpul" İngiltərə).
| Paylaş: