')

Bu gün:


FutbolPress.Az | Böyükağa Hacıyev: "AZAL həmişə "Neftçi"yə problemlər yaradıb" (AÇIQLAMA)

Böyükağa Hacıyev: "AZAL həmişə "Neftçi"yə problemlər yaradıb" (AÇIQLAMA)


oxunma sayı: 237 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasının 1/4 finalının ilk görüşləri keçiriləcək. 

"Neftçi"nin sabiq çalışdırıcısı Böyükağa Hacıyev eyni gündə baş tutacaq matçlardan öncə cütlüklərini şanslarını "FutbolPress"ə açıqlamasında dəyərləndirib. 

56 yaşlı mütəxəssis turnirin iki favoriti olduğunu bildirdi:

"Turnirin favoritləri "Qarabağ" və "İnter"di. Birincilər bu il "qızıl dubl" eləmək istəyir. Amma "İnter" də çox axıra kimi mübarizə aparacaq və kuboku muzeyinə aparmağa çalışacaq. Bugünki görüşlərdə də bu komandalar rəqiblərindən bir baş üstündü". 

Son iş yeri "Neftçi" olan Böyükağa Hacıyev AZAL-ın "ağ-qaralar"a çətinlik yaradacağını söylədi:

"Neftçi" bu gün asan qələbə qazanmayacaq. Cütün taleyinə iki oyunun yekunda aydınlıq gələcək. AZAL həmişə "Neftçi"yə problemlər yaradıb və bu il Avropa Liqasına vəsiqə uğrunda çalışırsa, kubok onların son şansıdı. Bu səbəbdən "təyyarəçilər" bu gün də "va-bank"a gedəcək və rəqibinə ciddi müqavimət göstərəcək".

Böyükağa Hacıyev "Qəbələ" - "Simurq" matçını isə turun ən maraqlı görüşü adlandırdı: 

"Turun ən maraqlı və gərgin mübarizə vəd edən görüşü isə "Qəbələ" - "Simurq" matçıdı. Burda kimi favorit olduğunu indidən demək çətindi. Komandalar növbəti mərhələyə adlamaq üçün əllərindən gələni edəcək". 


oxunma sayı: 237 | Paylaş:




?>