')

Bu gün:


FutbolPress.Az | "Barselona" finalın "Santiaqo Bernabeu"da keçirilməsini istəyir

"Barselona" finalın "Santiaqo Bernabeu"da keçirilməsini istəyir


oxunma sayı: 1000 Paylaş:

FutbolPress"Barselona" İspaniya kubokunun final qarşılaşmasının "Santyaqo Bernabeu"da keçirilməsini istəyir.

Kataloniya təmsilçisi finala yüksələcəyi təqdirdə, məsələ ilə bağlı İspaniya Futbol Federasiyasına müraciət edəcək.

"Blauqrana" tərəfi bunu "Real"ın stadionunun tutumunun böyük olması ilə əsaslandırıb. Digər finalçı "Espanyol" olacağı təqdirdə, "Barselona" "Nou Kamp"da oynamağın tərəfdarıdı.

"Barsa" yarımfinalın ilk oyununda "Vilyarreal" 3:1 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması bu axşam saat 23:00-da keçiriləcək. "Espanyol" da bu gecə saat 01:00-da iki həftə əvvəl səfərdə 1:1 hesablı "sülh" bağladığı "Atletik" Bilbaonu sınağa çəkəcək. 


oxunma sayı: 1000 | Paylaş:




?>