')

Bu gün:


FutbolPress.Az | Azərbaycan millisi Almaniyada 2 yoxlama oyunu keçirəcək

Azərbaycan millisi Almaniyada 2 yoxlama oyunu keçirəcək


oxunma sayı: 183 Paylaş:

FutbolPress19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyaya gedəcək.

Nikolay Adamın yetirmələri Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə martın 14-dən 22-dək Heusenstamm şəhərində təlim-məşq toplanışında olacaq.

Hazırlıq dövründə yığma 2 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Lakin rəqiblərin adları hələ tam dəqiqləşməyib.

"Ay-ulduzlular" fevralda Finlandiya və İrlandiyada toplanışda olub bu ölkələrin milliləri ilə yoxlama oyunları keçirmişdi. Skandinaviya təmsilçisi ilə 2 dəfə heç-heçə edən (2:2, 1:1) komanda adalılara məğlub (0:6, 0:2) olmuşdu.

Mənbə: affa.az


oxunma sayı: 183 | Paylaş:




?>