Azərbaycan Kuboku: 1/4 finalın ilk oyunları üçün hakim təyinatları açıqlandı
Paylaş:
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçiriləcək ilk oyunlar üçün bütün təyinatlar açıqlanıb.
"Qarabağ" - "Bakı" qarşılaşması Vüsal Əliyevə, "Qəbələ" - "Simurq" matçı isə Əliyar Ağayevə tapşırılıb.
Azərbaycan Kuboku. 1/4 final, ilk oyunlar
4 mar
“Neftçi” – AZAL
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Fariz Yusifov
“İnter” – “Xəzər Lənkəran”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Coşqun Həsənov, Xəlil Xəlilov
“Qarabağ” – “Bakı”
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Nahid Əliyev, Rəhim Həsənov
“Qəbələ” – “Simurq”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev
| Paylaş: